Avropa Liqasında “Qəbələ”nin rəqibi məlum olacaq

19.06.2019 14:17
178
Avropa Liqasında “Qəbələ”nin rəqibi məlum olacaq

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.


Ekspress.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçilərindən “Qəbələ”nin də rəqibi müəyyənləşəcək. Püşkatma mərasimi saat 15:00-da start götürəcək. İkinci mərhələnin ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də olacaq. Səpələnmişlər sırasında yer alan Qəbələ təmsilçisinin potensial rəqibləri bunlardır:

Lexiya (Qdansk, Polşa)


Dinamo (Tbilisi, Gürcüstan) – La Florita (San Marino) / Endorqani (Andorra) 


Olimpiya (Lyublyana, Sloveniya) / Riqa (Latviya) 


Breydablik (İslandiya) / Vaduts (Lixtenşteyn)


Radniçki Niş (Serbiya) / Flora (Tallin, Estoniya)


Avropa Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq “Neftçi” və “Səbail” isə ilk mərhələni adlayacaqları təqdirdə, səpələnməmişlər səbətində yer alacaqlar. “Neftçi” ilk mərhələdə Moldovanın “Speranta” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” bu mərhələni keçsə, potensial rəqibləri bunlar olacaq:


Dinamo (Minsk, Belarus) / Liepaya (Latviya)


Espanyol (İspaniya)


Laçi (Albaniya) / Hapoel (Beer-Şeva, İsrail)


Atromitos (Yunanıstan) (unikal.org)


Arsenal (Tula, Rusiya)


“Səbail” isə ilk mərhələdə Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşacaq. Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv mərhələni keçsə, potensial rəqibləri bunlar olacaq:


Aris (Saloniki, Yunanıstan)


Esbyerg (Danimarka)


Vitoriya (Portuqaliya)


Vulverhempton (İngiltərə)


Honved (Budapeşt, Macarıstan) / Jalgiris (Vilnüs, Litva) cütünün qalibi – Partizan (Serbiya)


Ekspress.az

Açar sözlər: