Bizə başqa meyit veriblər, balamı tapın - Sevgilisini öldürən Vasifin anası

12.06.2019 15:37
97
Bizə başqa meyit veriblər, balamı tapın - Sevgilisini öldürən Vasifin anası

Xəbər verdiyimiz kimi, Azərbaycanda evli və iki uşaq atası Vasif Abbasov qeyri-rəsmi münasibətdə olduğu Aygünü bıçaqlayıb öldürüb. Vasifin anası Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxan ana oğlunun ölmədiyini iddia edib.


Ekspress.az xəbər verir ki, o bildirib ki, 10 gündür yataq üzü görmürəm:"Sudan başqa boğazımdan heç nə keçmir. Gəlinimi itirməməkdən ötrü heç nəyi açıqlaya bilmədim. Qurban olum, məni anlayın. Anayam. Deyirəm qəbri açdırıb DNT analizi etdirəcəm. Aygünün anası dedi ki, Vasifi götürüblər. Ona görə də Vasifin qəbrini yenidən açdırmaq istəyirəm. Vasifin bacıları neçə gündür hansı zülümü çəkir, onu tək Allah bilir. Sizə yalvarıram, balamın qatilini tapıb mənə verin. Bəlkə heç ölməyib. Bizə başqa meyit veriblər. Aygün ölümündın öncə mənə zəng edib dedi ki, oğlum Bakıya gəlsin onu öldürtdürəcəyəm. Məni niyə qoyub gedib. Bundan əlavə Aygün dedi ki, gedib polisə Vasiflə bağlı bildiklərimi deyəcəm.


Vasifin bacısı bildirib ki, mən Aygünün bacısının uşağına baxırdım: "Ayda 600 manat pul verirdi. Aygünün bacısı oteldə tərcüməçi işləyirdi. O, ərəbcə danışırdı. Mənə dedi ki, bacım oğluna sünnət edəcək. Sən də mənimlə gedib orada uşağıma baxacaqsan. Mən həyat yoldaşımdan ayrılmışam. Aygün mənə dedi ki, sənə elə da vuracağam ki, ciyərin yanacaq. Səhərisi gün gündə bu hadisə olub".


Efirə bağlanan və adını açıqlamasını istəməyən qadın bildirib ki, taksidə o oğlanla birlikdə getmişəm:" Sonradan bilmişəm ki, Vasifdir. Keçən həftə onun maşınına minmişəm. Qara rəngdə taksi sürür (big.az). Bir az əsəbi idi. Dostuna dedi ki, müştərini düşürüb gələcəm. Telefonu söndürəndə dedi ki, Vasif ölsün. Hamı zəng edib deyir ki, gəl bizi apar".


Vasifin həyat yoldaşı Sevda bildirib ki, mən acınacaqlı vəziyyətdəyəm:" Mən həmişə istəmişəm ki, uşaqlarım atasız qalmasın. Sonun belə olacağını gözləmirdim. Baldızımın Aygüngilə əlaqəsinin olduğunu bilmirdim. Bu gün mənim həyatım məhv oldu. Həm iki uşaqla çöldə qaldım, həm də xəyanət gördüm. O iki uşağa görə mən ayaqdayam. Qaynanamgilin Aygünlə əlaqəsinin olduğunu bilmirdim. Vasiflə 12 il ailəli, 8 ay da nişanlı olmuşuq. Aygünün anası yalan deyir. Vasif mənə sevirdi. Aygün qaynanamı mənimlə şantaj edib. Deyib ki, mən Sevdanı da uşağı da ortadan götürəcəyəm. Mənim ad günüm günü yoldaşımla 20 dəqiqə parkda gəzdik. 20 dəqiqədə bir dəfə də olsa Vasifin telefonu susmadı. Vasif mənə dedi ki, gəl parkda uşaqları gəzdirək".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND