DƏHŞƏTLİ HADİSƏ: 13 yaşlı oğlan anasına mesaj yazan 27 yaşlı gənci...


19.09.2019 14:32
69
DƏHŞƏTLİ HADİSƏ: 13 yaşlı oğlan anasına mesaj yazan 27 yaşlı gənci...

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.


Ekspress.az apa-ya istinadən xəbər verir ki, rayonun Azadlıq prospektində ticarət mərkəzinin qarşısında 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu 13 yaşlı Murad adlı şəxs tərəfindən bıçaqlanıb.


Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ona 7 bıçaq zərbəsi vurulub və vəziyyəti ağırdır.


Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Yeniyetmə saxlanılıb. O, polisə ilkin izahatında bildirib ki, R.Məmmədov anasına mesajlar yazıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND