Ermənistan səhiyyə nazirinin müavini Arsen Davtyan həbs olunub

03.04.2019 11:32
216
Ermənistan səhiyyə nazirinin müavini Arsen Davtyan həbs olunub

Ermənistan səhiyyə nazirinin müavini Arsen Davtyan həbs olunub. 


Ekspress.az xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan “”Sputnik Armeniya”ya bildirib.


Yerevan məhkəməsi nazir müavini barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.


A.Davtyan böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

“Səhiyyə nazirinin müavini barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib”, - deyə S.Qalstyan vurğulayıb (report).Bir müddət əvvəl Milli Təhlükəsizlik Xidməti A.Davtyanı ölkənin baş mama-ginekoloqu Razmik Abramyandan rüşvət aldığına görə tutmuşdu. 


Ekspress.az