Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi


14.09.2019 10:10
160
Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib.


Ekspress.az -ın xəbərinə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.


V.Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiqlənsin.


Sərəncamla Şuranın sədri V.Talıbov özü olub.


Şuranın üzvləri isə aşağıdakılardır:


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri


AMEA Naxçıvan Bölməsinin sədri


Naxçıvan Muxtar Respublikasının təhsil naziri


Naxçıvan Dövlət Universitetinin rektoru (big)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND