Sosial medianı silkələyən polis model + FOTOLAR

06.01.2019 00:41
246
Sosial medianı silkələyən polis model + FOTOLAR

Almaniyada sosial media istifadəçiləri və mətbuat 34 yaşlı polis Adriana Kolezardan danışır.


Ekspress.az "yenicag.az"a istinadla xəbər verir ki, qısa zamanda onun gündəm olmasına səbəb sosial mediada paylaşdığı şəkillər olub.

Belə ki, qadın polis şəxsi “İnstagram” hesabında model şəkillər paylaşıb. Bu isə izləyicilərin paylaşımları nəticəsində geniş kütləyə çatıb.


Modellik fəaliyyətinin ailədaxili münaqişələrə səbəb olduğunu qeyd edən Adriana, bu vücuda daimi idman etməklə sahib olduğunu və bunun ona polis kariyerasında çox böyük fayda verdiyini bildirib.


“Bu şəkilləri paylaşmaqla qadınlara örnək olub, onları da sağlam həyata istiqamətləndirmək istəyirəm” – deyə Adriana qeyd edib.


Bir neçə ay əvvəl “Bild”ə açıqlamasında o dünya səyahətinə çıxacağını söyləyib. Bunun üçün yetərli məbləği də toplayıb. Artıq bir neçə şəhər və ölkələrdə olub.

Lakin sonradan polis rəhbərliyi onun önünə seçim qoyub. Belə ki, Adriana ya polis olaraq fəaliyyətinə davam edib modellik peşəsini atmalı, ya da bunun əksini etməli olub. O, isə açıqlamasında polis fəaliyyətinə davam edəcəyini bildirib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND