Zakir Həsənov və Hulusi Akar Naxçıvanda Təlim-Tədris Mərkəzində olub

10.06.2019 22:25
94
Zakir Həsənov və Hulusi Akar Naxçıvanda Təlim-Tədris Mərkəzində olub

İyunun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə birgə Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərində yerləşən hərbi hissəsində və Təlim-Tədris Mərkəzində olublar.


Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirlər şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraiti ilə tanış olub, hərbi hissənin sərəncamında olan yeni silah və hərbi texnikaya, eləcə də bir sıra hərbi infrastruktur obyektlərinə baxış keçiriblər.


Sonra Müdafiə nazirləri Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyi ziyarət ediblər.


Qonaqlar hərbi təhsil müəssisəsi ilə tanış olublar. Vurğulanıb ki, dövlət rəhbərliyinin himayəsi və yüksək qayğısı ilə liseydə ən müasir şərait yaradılıb. Burada kursantların təhsili ilə yanaşı sosial müdafiəsi və vətənpərvərlik tərbiyəsi də daim diqqət mərkəzindədir.


Daha sonra liseyin pedaqoji kollektivi və kursantlarla görüşən nazirlər tədris korpusunda və yataqxanada yaradılan şəraitlə tanış olublar.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND