Elmar Məmmədyarov Ermənistam Xarici İşlər naziri ilə görüşəcək

14.01.2019 11:05
234
Elmar Məmmədyarov Ermənistam Xarici İşlər naziri ilə görüşəcək


Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.


Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin yanvarın 16-da Parisdə görüş keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.


Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

  • SON XƏBƏR
  • TREND