Messi "El Klassiko"da oynayacaqmı? - Valverdedən açıqlama

03.02.2019 21:14
472
Messi "El Klassiko"da oynayacaqmı? - Valverdedən açıqlama

“Barselona” futbol klubunun kapitanı Lionel Messi “Valensiya” ilə 2:2 başa çatan oyun zamanı bud nahiyəsindən zərbə alıb. Həkimlər meydançadan kənarda ona tibbi yardım göstərdikdən sonra, argentinalı ulduz yenidən matça qayıdıb.


Ekspress.az xəbər verir ki, komandanın baş məşqçisi Ernesto Valverde zədənin ciddi olmayacağına və Messinin fevralın 6-da İspaniya Kubokunun yarımfinalında "Real Madrid"ə qarşı keçiriləcək ilk oyunda iştirak edə biləcəyinə ümid bəslədiyini bildirib: “Mən dəqiq bilmirəm ona nə olub. Ola bilsin ki, kiçik narahatçılığı var. Hazırda həkimlərin qərarını gözləmək lazımdır. Ola bilsin ki, hər şey o qədər də pis deyil, lakin konkret nəsə deyə bilmərəm”.


Xatırladaq ki, ötən gün "Kamp Nou"da keçirilən "Barselona" - "Valensiya" qarşılaşmasında katalonların hər iki qolunu Messi vurub. Onun dublu sayəsində "Barsa" məğlubiyyətdən qurtarıb.


Ekspress.az

Açar sözlər: