ABŞ qadağan olunmuş qanadlı raketi sınaqdan keçirib


19.08.2019 23:04
172
ABŞ qadağan olunmuş qanadlı raketi sınaqdan keçirib

Birləşmiş Ştatlar Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə ilə qadağan olunmuş nüvə olmayan yerüstü qanadlı raketini sınaqdan keçirib.


Ekspress.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə idarəsinə istinadən RİA "Novosti" məlumat yayıb.


Sınaq avqustun 18-də baş tutub.

"Müdafiə Nazirliyi Kaliforniya ştatı, Nikolas adasında adi (nüvəsiz) konfiqurasiyalı yerüstü qanadlı raketin uçuş sınaqlarını həyata keçirib", - deyə məlumatda qeyd olunub. (report)


Ekspress.az