Alimlər kosmosda doğmağa razı olan qadın axtarır - Milyonlarla dollar xərclənəcək

30.10.2018 13:24
349
Alimlər kosmosda doğmağa razı olan qadın axtarır - Milyonlarla dollar xərclənəcək

Bəşəriyyət artıq Yer hüdudlarından kənarda, Günəş sistemində insan koloniyası yaratmaq xəyalına düşüb. Bunun üçün isə Kosmosun insan orqanizminə nə cür təsir etdiyini öyrənmək vacibdir. 


Medicina.az xəbər verir ki, "SpaceLife Origins" kampaniyası Yer planetindən kənarda uşaq dünyaya gətirməyə risk edəcək könüllü qadın axtarışındadır.

 

Kampaniyanın nümayəndələri bildiriblər ki, öz ambisiyalı eksperimentlərini 2024-cü ildə həyata keçirməyi planlayırlar. Bildirilir ki, əgər hər şey uğurla keçsə, həmin körpə Yerdə svilizasiyanın mövcudluğu tarixi boyunca Yer planetinin hüdudlarından kənarda doğulan ilk insan olacaq. 


"SpaceLife Origins"in alimlərinin sözlərinə görə, onlar sadəcə olaraq kosmosda insanın nə cür çoxala biləcəyini araşdırmaq niyyətindədirlər. 


Qeyd edək ki, bu eksperimentə onlarla milyon dollar vəsait sərf ediləcək.  


Kosmosda ana olmağa razılıq verəcək ürəkli qadınların axtarışına isə 2022-ci ildə başlanacaq.


Ekspress.az