Bakıya dərsə gələn 17 yaşlı tələbə qız öldü - FOTO


11.10.2019 12:34
157
Bakıya dərsə gələn 17 yaşlı tələbə qız öldü - FOTO

Oktyabrın 9-da saat 7 radələrində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində - Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində 17 yaşlı qızın ölümü ilə nəticələnən yol qəzası barədə xəbər vermişdik.


Ekspress.az xəbər verir ki, yolun paytaxta doğru gələn istiqamətində Bakı şəhər sakini A.Ağayevin idarə etdiyi "BMW" markalı avtomobillə vurub öldürdüyü Cəbrayıl rayon sakini Solmaz Abdullayeva tələbə olub. O, Bakıya təhsil aldığı ali məktəbə dərsə gələrkən minik avtomobilinin zərbəsinə tuş gəlib.


Bildirilir ki, qəzanı törədən şəxs polis kapitanıdır.


Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. (publika)


Bakıya dərsə gələn 17 yaşlı tələbə qız öldü - FOTO


Ekspress.az

Açar sözlər: