• 9 °C Bakı
  • 3 °C Quba
  • 9 °C Gəncə
  • 8 °C Yevlax
  • 15 °C Naxçıvan

Ev təsərrüfatlarına verilən kreditlərin 9,7 faizi biznes kreditidir

04.02.2019 11:44
122
Ev təsərrüfatlarına verilən kreditlərin 9,7 faizi biznes kreditidir

2018-ci ildə ev təsərrüfatlarına verilən kreditlərin məbləğinda ciddi artım qeydə alınıb. Ekspress.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2017-ci ilin sonunda ev təsərrüfatlarının kredit borcu 4,366 milyard manat olduğu halda 2018-ci ilin sonunda 5,13 milyard manata yüksəlib. İl ərzində ev təsərrüfatlarına verilən kreditlərin məbləği 764 milyon manat və ya 17,5 faiz artıb.


Ev təsərrüfatları aldıqları kreditin 4,513 milyardını (88 faiz) manatla, 616 milyon manatını (12 faiz) xarici valyutada əldə ediblər. 2017-ci illə müqayisədə ötən il manatla kreditlərin payı 8,5 faiz bəndi artıb.


Ev təsərrüfatları kreditlərin 407 milyon manatını (7,9 faiz) kredit kartları vasitəsilə əldə edib.


Ailələrə verilən kreditlərin 90,3 faizi istehlak, 9,7 faizi biznes krediti olub. 2017-ci illə müqayisədə ötən il biznes kreditləri 18 milyon manat azalıb.


Biznes kreditlərinin də çox hissəsi manatla verilib. 2018-ci ilin yekunlarına əsasən biznes kreditlərinin 332,4 milyonu manatla verilib ki, bu da son bir ildə 27 faizdən çox artım deməkdir. 2017-ci ilin sonunda biznes və istehlak kreditlərinin məbləği arasında ciddi fərq yox idi.

  • SON XƏBƏR
  • TREND