Zimbabvenin keçmiş prezidenti vəfat etdi

06.09.2019 12:10
58
Zimbabvenin keçmiş prezidenti vəfat etdi

Zimbabvenin keçmiş prezidenti Robert Muqabe 95 yaşında vəfat edib.


Ekspress.az xarici mətbuata istinadən xəbər verir ki, Muqabe ömrünün son illərində ağır xəstəliklə mübarizə aparırdı.


Sabiq prezident ölkənin müstəqillik qazandığı ilk illər (1980-ci ildə) Zimbabvenin baş naziri olub. 7 ildən sonra bu vəzifəni ləğv edib və özünü prezident elan edib. Muqabe, 2017-ci il noyabr çevrilişi nəticəsində istefa verməyə məcbur olub. O, dövləti 30 il idarə edib. Ölkənin paytaxtı Harare sakinləri Muqabenin qərarını coşqu ilə qarşılayaraq, sevinclərini ifadə etmək üçün küçələrə çıxıblar. Muqabeyə işdən çıxma haqqı olaraq milyonlarla dəyəri olan bir malikanə, bir qulluqçu, bir maşın parkı və birinci sinif təyyarələrdə uçuş imkanları veilmişdi.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND