Dizel yanacağına tələb artır

17.04.2019 17:53
101
Dizel yanacağına tələb artır

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 735,1 milyon manat olmaqla əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 1,4 faiz artıb. Neft məhsullarından avtomobil benzininin istehsalı 1,6 faiz, yanacaq mazutunun istehsalı 8,6 faiz azalıb, dizel yanacağının, ağ neftin, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.


Dövlət Statistika Komitəsinin məlumatına əsasən, dizel yanacağının istehsalında artım 6 faiz təşkil edib.


Qeyd edək ki, dizel yanacağında istehsalın artması dizellə işləyən avtomobillərin sayının artması ilə bağlıdır.


Ekspress.az  

  • SON XƏBƏR
  • TREND