Ukraynanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb


01.04.2019 00:22
211
Ukraynanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb

Ukraynanın Mərkəzi Seçki Komissiyası 0,17% protokolların sayılmasından sonra prezident seçkilərində səsvermənin ilkin nəticələrini açıqlayıb.


Ekspress.az xəbər verir ki, rəsmi məlumata görə, hazırkı dövlət başçısı Petr Poroşenko 1314 seçici (24,76% seçici) səs verib. Onun əsas rəqiblərindən hesab edilən Vladimir Zelenski isə 1252 seçici (23,60% seçici) səs toplayıb.


Siyahıda üçüncü yerdə 906 seçici ilə (17,07% səs) Yuliya Timoşenko, dördüncü yerdə isə Anatoli Qritsenko (8,63% səs) qərarlaşıb (report). "Exit poll"un məlumatları Vladimir Zelenskinin (30,4% səs) lider olduğunu göstərib. Onunla birlikdə ikinci turda 17,8% səs toplamış Pyotr Poroşenko keçib.


Ekspress.az