"Şou-biznesdən getsinlər" - Elza onları qovur

22.06.2019 21:11
173
"Şou-biznesdən getsinlər" - Elza onları qovur

Əməkdar artist Elza Seyidcahan ARB TV-də yayımlanan “Show news” proqramına müsahibə verib.


Ekspress.az xəbər verir ki, sənətçi özünü “lider” adlandırıb:


“Həmişə öz yerimi bilmişəm. Oturduğum taxt da öz yerimdir. Yersiz olanlar şou-biznesdən getsin. Yeri olanlar isə tərpənməsinlər. Uşaqlığımdan idarəedici olmuşam. Dəfələrlə bunu sənət dostlarım mənə deyir. Elə bir adam olmayıb ki, onun əhvalını qaldırmayıb. Lider o demək deyil ki, əmr verəsən (big.az). Liderlik xidmət etmək, ardınca apara bilməkdir. Sənətdə xidmət edirəmsə, deməli, liderəm”.


Ekspress.az

Açar sözlər: