Sumqayıtdakı yol qəzasında yaralananların vəziyyəti - AÇIQLAMA

22.02.2019 10:30
217
Sumqayıtdakı yol qəzasında yaralananların vəziyyəti - AÇIQLAMA

Ötən gün Sumqayıtda baş verən yol qəzası nəticəsində yaralananlardan 6 nəfər reanimasiya şöbəsində, 13 nəfər isə nevrologiya və travmatologiya şöbələrində müalicə olunur.


Ekspress.az -ın məlumatına görə, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov bildirib ki, reanimasiyaya şöbəsinə yerləşdirilən 6 xəstənin vəziyyəti orta ağır və stabildir.


R.Sadıqov qeyd edib ki, bu gün həmin xəstələrin palataya köçürüləcəyi gözlənilir: "Palata şəraitində müalicə olunanlardan 5 nəfərin vəziyyəti kafi qiymətləndirildiyi üçün ambulator müalicəyə buraxılacaqlar".


Xatırladaq ki, fevralın 21-də saat 17 radələrində Sumqayıt şəhəri Nizami küçəsi ilə M.Əzizbəyov küçəsinin kəsişməsində ağır yol nəqliyyat hadisəsi baş verib. Şəhərdaxılı 30 saylı marşrut üzrə hərəkət edən avtobus minik avtomobili ilə toqquşub. Hadisəsi nəticəsində 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilirb. Onlardan bir qisminə ilk tibbi yardım göstərilərək evə buraxılıb. Xəsarət alanlardan 19 nəfəri Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə alır.


Ekspress.az

Açar sözlər: