Yanvar-apreldə Azərbaycan xarici ticarətdən 1,707 milyard dollar gəlir əldə edib

15.05.2019 12:46
30
Yanvar-apreldə Azərbaycan xarici ticarətdən 1,707 milyard dollar gəlir əldə edib


Bu ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunmuş, 145 ölkədən idxal olunub.


Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7 979,0 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 843,4 mln. dollar, idxalın dəyəri 3 135,6 mln. dollar təşkil edib. Nəticədə 1 707,8 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.


2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,7%, o cümlədən idxal 43,1%, ixrac 3% artıb. Real ifadədə dövriyyə 6,4%, o cümlədən idxal 13,7%, ixrac 3% artıb.


Hesabat dövründə ixracın 31,2%-ni İtaliyaya, 11,3%-ni Türkiyəyə, 6,4%-ni Almaniyaya, 6,1%-ni Çinə, 5,8%-ni İspaniyaya, 5,6%-ni Hindistana, 4,7%-ni İsrailə, 3,5%-ni Gürcüstana, 3,3%-ni Çexiyaya, 3,25-ni Portuqaliyaya, 2,8%-ni Rusiyaya, 2,6%-ni Avstriyaya, 2%-ni Yunanıstana və qalan 11,5%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.


Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14%-i Rusiya, 13,1%-i İsveçrə, 9,8%-i Türkiyə, 8,7%-i Çin, 7%-i İran, 4%-i Kanada, hər biri 3,9% olmaqla Almaniya və Avstraliya, 3,6%-i ABŞ, 3,1%-i Ukrayna, 2,6%-i İtaliya, hər biri 2% olmaqla Belarus və Qazaxıstan, 22,3%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Hesabat dövründə ölkədən 415,3 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 16,5%, real ifadədə isə 10,9% çoxdur. Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (27,8%), Türkiyəyə (23,9%), Gürcüstana (12,1%), İsveçrəyə (8,1%), İtaliyaya (3,1%), Yunanıstana (2,9%), Çinə (2,5%), İrana (2,3%), Almaniyaya (2,2%) və Ukraynaya (2%) göndərilmiş malların payı üstünlük təşkil edib.


2019-cu ilin yanvar-mart aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,7%, təzə tərəvəz – 38,9%, tütün – 35,85, meyvə və tərəvəz şirələri – 37,8%, pambıq lifi – 3,1 dəfə, emal olunmamış alüminium – 10%, pambıq ipliyi – 36,1%, qara metallardan yarımfabrikatlar – 4,5 dəfə, bentonit gili – 1,8 dəfə artıb, şəkər ixracı isə 13,4%, çay – 10,3%, meyvə və tərəvəz konservləri – 11,9%, təbii üzüm şərabları və üzüm suslosu – 14,2%, bitki yağları – 22,4%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 0,2%, kartof – 24,6%, polietilen – 1%, qara metallardan borular – 75,95 azalıb.


2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin yanvar-mart aylarında buğda idxalı 28,4%, təzə meyvə – 2,9%, xam şəkər və şəkər – 4,9 dəfə, kartof – 24,5%, quş əti və onun əlavə məhsulları – 2 dəfə, mal əti – 3,1%, minik avtomobilləri – 2,3 dəfə, mineral gübrələr – 9,8%, qara metallardan çubuqlar – 32,5%, hesablama maşınları, blok və qurğuları – 48,5%, mebellər – 32,2%, polietilen – 38,2%, yük avtomobilləri – 2 dəfə, qara metallardan künclüklər – 40,2%, məişət kondisionerləri – 2,8 dəfə, avtobuslar – 2,3 dəfə artıb, bitki yağları idxalı isə 27,9%, siqaret – 21,3%, kərə yağı, digər süd yağları və pastaları – 23,9%, çay – 11,9%, təzə tərəvəz – 19%, qara metallardan borular – 9,6%, polad prokatı – 16,3%, rezin şinlər – 5,2%, paltaryuyan maşınlar – 13,9%, sement və sement klinkerləri – 39,6%, məişət soyuducuları – 14,5% azalıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND