Gürcüstan baş nazirinin bu gün istefa verəcəyi gözlənilir


02.09.2019 09:57
39
Gürcüstan baş nazirinin bu gün istefa verəcəyi gözlənilir

Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin bu gün istefa verəcəyi gözlənilir.


Ekspress.az xəbər verir ki, hökumət başçısı saat 15:00-da xüsusi bəyanatla çıxış edəcək.

Qeyd edək ki, ötən gün hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb.


Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq. (report)


Ekspress.az


  • SON XƏBƏR
  • TREND