Hərbi xidmətin müddəti endirildi

25.06.2019 19:20
89
Hərbi xidmətin müddəti endirildi

Türkiyədə "Hərbi xidmət haqqında" qanuna 92 ildən sonra dəyişikliklər edilib.


Ekspress.az xəbər verir ki, dəyişikliklər Türkiyə Böyük Millət Məclisində qəbul olunub.

Türkiyədə 1927-ci ildə qəbul edilən "Hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklər arasında ödənişli hərbi xidmətin müddətli olması, əsgərlik müddətinin 6 aya endirilməsi, eyni zamanda 130 min əsgərin erkən tərxis olunması da yer alıb.


Bu gün TBMM-də qəbul edilən qanun layihəsi təsdiq olunmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib (unikal.org).


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND