Unibank filiallarından kompensasiyaları saat 20.00-dək almaq mümkündür

16.05.2019 16:11
83
Unibank filiallarından kompensasiyaları saat 20.00-dək almaq mümkündür

  

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident Fərmanının icrası ilə əlaqədar olaraq, Unibank filiallarının iş vaxtı axşam saat 20.00-dək uzadılıb. Müştərilər kompensasiya məbləğlərini əldə etmək üçün həftənin 5 günü saat 20.00-dək filiallara müraciət edə bilərlər.


Şənbə və hətta bazar günləri də Unibank filialları müştərilərin xidmətində olacaq. Həftə sonu müştərilər kompensasiya məbləğlərini götürmək üçün saat 10.00-dan 18.00-dək bankın filiallarına müraciət edə bilərlər.


Məqsəd müştərilərə daha operativ xidmət göstərməklə yanaşı, işləyən müştərilərin filiallara işdən sonra gələrək öz kompensasiyalarını rahat almaları üçün şərait yaratmaqdır.


Unibank filialları kompensasiyanın verildiyi ilk gündən - 22 apreldən başlayaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gün ərzində daha çox müştəriyə xidmət etmək üçün əlavə olaraq iki şöbə də müştərilərin xidmətinə təqdim edilib. Xidmətin operativliyini artırmaq üçün filiallar yeni avadanlıq, kompüterlər ilə təmin olunub və əlavə işçilər cəlb olunub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND