Nikol Paşinyan Milli Təhlükəsizlik Xidməti direktorunun anasını işdən çıxarıb

03.04.2019 10:22
213
Nikol Paşinyan Milli Təhlükəsizlik Xidməti direktorunun anasını işdən çıxarıb

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın anası Marqarit Azaryanı işdən çıxarıb. 


Ekspress.az xəbər verir ki, M.Azaryan hökumətin kadrlar idarəsinin rəisi və Baş nazir Administrasiyası heyətinin rəisi vəzifəsini tuturdu.


M.Azaryan bu vəzifəyə 2018-ci ilin iyununda Nikol Paşinyan tərəfindən təyin edilmişdi (report).Hökumət başçısının başqa bir sərəncamına əsasən, Baş nazir Administrasiyası protokol idarəsinin məsul şəxsi Aleksandr Mxitaryan da vəzifəsindən azad edilib.


Ekspress.az

Açar sözlər: