Güneydə daha bir anadilli sayt bağlandı


11.07.2019 13:35
98
Güneydə daha bir anadilli sayt bağlandı

İran Mədəniyyət Nazirliyinin mətbuat katibinin müavini Urmiyanın “Çiçəst” xəbər saytının bağlanmasını tələb edib.


Ekspress.az xəbər verir ki, bu barədə sayt özü məlumat yayıb.


Hazırda məhkəmənin qərarı yazılı şəkildə saytın məsul şəxslərinə təqdim edilməyib. Məhkəmədən bildirilib ki, rəsmi bağlanma məktubu iki günə sayta göndəriəcək.

Sayt rəhbərliyi növbəti elana qədər saytın bağlandığını elan edib.


Qeyd edək ki, son günlər İranda azərbaycandilli saytlar bir-birinin ardınca bağlanır (kult).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND