Nağd­sız ödə­niş­lər iq­ti­sa­diy­ya­tı sağ­lam­laş­dı­rır

30.11.2018 09:30
54
Nağd­sız ödə­niş­lər iq­ti­sa­diy­ya­tı sağ­lam­laş­dı­rır

Plas­tik kart­lar­dan is­ti­fa­də­nin ge­niş­lən­mə­si ver­gi da­xi­lol­ma­la­rı­nın və məş­ğul­lu­ğun art­ma­sı­na sə­bəb olur

 

Müa­sir iq­ti­sa­diy­yat­da nağd­sız ödə­niş­lə­rə (elekt­ron ödə­niş) həm də biz­ne­sin əda­lət­li in­ki­şa­fı­nın tə­mi­nat­çı­sı ki­mi ya­na­şı­lır. Nağd­sız ödə­niş­lər köl­gə iq­ti­sa­diy­ya­tı­nın dai­rə­si­ni ki­çilt­di­yin­dən onun tət­bi­qi­nin ge­niş­lən­mə­si haq­sız rə­qa­bə­ti ara­dan qal­dı­rır. Elekt­ron ödə­niş sis­te­mi iq­ti­sa­diy­yat­da şəf­faf­lı­ğın ar­tı­rıl­ma­sı­na, əda­lət­li rə­qa­bət şa­rai­ti­nin for­ma­laş­ma­sı­na xid­mət et­di­yi ki­mi, həm də iq­ti­sa­di gə­lir­lə­ri ar­tı­rır.


Nağd­sız ödə­niş­lər sis­te­mi in­ki­şaf edən öl­kə­lə­rin təc­rü­bə­si gös­tə­rir ki, elekt­ron ödə­niş­lə­rin ge­niş­lən­mə­si ver­gi­dən ya­yın­ma hal­la­rı­nı azal­dır, bank sek­to­ru sağ­lam­la­şır, işə gö­tü­rən­lə iş­çi ara­sın­da ma­liy­yə şəf­faf­lı­ğı ya­ra­nır, so­si­al sı­ğor­ta ayır­ma­la­rı­nın həc­mi ar­tır, elekt­ron bank əmə­liy­yat­la­rı­nın çe­şi­di və həc­mi ge­niş­lə­nə­cək, elekt­ron bank­çı­lıq­dan is­ti­fa­də edən əha­li­nin xü­su­si çə­ki­si ar­tır, elekt­ron ti­ca­rə­tin həc­mi bö­yü­yür. Bü­tün bun­lar re­al ÜDM-in və döv­lət büd­cə­si gə­lir­lə­ri­nin art­ma­sı­na, əha­li­nin hə­yat sə­viy­yə­si­nin yük­səl­mə­si­nə cid­di töh­fə ve­rir.


Nağd­sız ödə­niş­lə­rin üs­tün cə­hət­lə­ri­ni nə­zə­rə alan dün­ya­nin in­ki­şaf et­miş, hət­ta in­ki­şaf et­mək­də olan bir çox öl­kə­si hər vəch­lə bu müa­sir təc­rü­bə­nin öl­kə­nin bü­tün sa­hib­kar­lıq sub­yekt­lə­ri və is­teh­lak­çı­la­rı tə­rə­fin­dən mə­nim­sə­nil­mə­si­nə, tət­bi­qi­nə ça­lı­şır. Bu­nun üçün öl­kə­lər elekt­ron ödə­ni­şin ge­niş təb­li­ğa­tı­nı apa­rır, onun­la bə­ra­bər sis­te­min otu­ruş­ma­sı, iş­lək və­ziy­yə­tə gə­ti­ril­mə­si məq­sə­di­lə müx­tə­lif qa­nun­ve­ri­ci (ver­gi gü­zəşt­lə­ri, nağd ödə­mə­lər­lə bağ­lı cə­ri­mə­lər tət­biq edir və s.) də­yi­şik­lik­lə­rə əl atır.

 

Nağd­sız ödə­niş­lə­rə ke­çi­din ta­ri­xi

 

Azər­bay­can­da da nağd­sız ödə­niş­lə­rin ge­niş­lən­di­ril­mə­si­nin əhə­miy­yə­ti ba­şa dü­şül­dü­yün­dən bu is­ti­qa­mət­də çox cid­di təd­bir­lər gö­rül­mə­yə baş­la­nı­lıb.


2001-ci ilin əv­vəl­lin­dən nağd­sız ödə­niş­lə­rin tət­bi­qi ilə əla­qə­dər re­al ad­dım­lar atı­lır. Məhz hə­min il­də mil­li ödə­niş sis­te­mi­nin əsa­sı­nı təş­kil edən Re­al Vaxt Re­ci­min­də Bank­la­ra­ra­sı He­sab­laş­ma­lar Sis­te­mi (AZIPS) ya­ra­dı­la­raq is­ti­fa­də­yə ve­ril­di. AZİPS sis­te­mi­nin is­tis­ma­ra ve­ril­mə­si nə­ti­cə­sin­də bank­lar ara­sın­da he­sab­laş­ma­la­rın re­al vaxt re­ci­min­də (on-li­ne) hə­ya­ta ke­çi­ril­mə­si­nə, pul döv­riy­yə­si­nin sü­rə­ti­nin nə­zə­rə­çar­pa­caq də­rə­cə­də art­ma­sı­na, bank­lar tə­rə­fin­dən lik­vid­li­yin da­ha çe­vik ida­rə olun­ma­sı­na im­kan ya­ran­dı.


2002-ci ilin son­la­rın­dan eti­ba­rən mil­li ödə­niş sis­te­mi­nin ikin­ci mü­hüm ele­men­ti olan Xır­da Ödə­niş­lər üz­rə He­sab­laş­ma Kli­rinq Sis­te­mi (XÖHKS) ya­ra­dı­la­raq is­ti­fa­də­yə ve­ril­di. Bu­nun­la, ki­çik həcm­li, la­kin da­im tək­rar­la­nan xır­da ödə­niş­lə­rin (əmək haq­qı, so­si­al mü­da­fiə ödə­niş­lə­ri, te­le­fon, qaz, su, elekt­rik ener­ci­si üz­rə kom­mu­nal ödə­niş­lər və s.) elekt­ron da­şı­yı­cı­lar əsa­sın­da hə­ya­ta ke­çi­ril­mə­si­nə, ey­ni za­man­da, xır­da ödə­niş­lə­rin əsas iş­ti­rak­çı­la­rı olan kom­mu­nal xid­mə­ti mü­əs­si­sə­lə­ri­nin, bö­yük say­da ödə­niş əmə­liy­yat­la­rı (məs., ver­gi, göm­rük və so­si­al mü­da­fiə ödə­niş­lə­ri) apa­ran hö­ku­mət qu­rum­la­rı­nın mil­li ödə­niş sis­te­mi­nin inf­rast­ruk­tu­ru­na in­teq­ra­si­ya­sı üçün əl­ve­riş­li zə­min ya­ra­dıl­dı.


İş­lər sa­da­la­nan­lar­la ye­kun­laş­ma­dı və 2004-cü il­də döv­lət baş­çı­sı tə­rə­fin­dən "Azər­bay­can Res­pub­li­ka­sın­da Mil­li Ödə­niş Sis­te­mi­nin İn­ki­şa­fı üz­rə 2005-2007-ci il­lər üçün Döv­lət Proq­ra­mı" təs­diq­lən­di. Adı­çə­ki­lən proq­ram ödə­niş sis­tem­lə­ri sa­hə­sin­də apa­rı­lan is­la­hat­la­rın əha­tə dai­rə­si­nin ge­niş­lən­di­ril­mə­si və re­gi­on­la­ra is­ti­qa­mət­lən­di­ril­mə­si, ya­ra­dı­lan mil­li ödə­niş sis­te­mi­nin im­kan­la­rın­dan da­ha ak­tiv is­ti­fa­də olun­ma­sı­nı hə­dəf­lə­yir­di.


Döv­lət or­qan­la­rı tə­rə­fin­dən gös­tə­ri­lən elekt­ron xid­mət­lər üz­rə ödə­niş­lə­rin elekt­ron qay­da­da top­la­nıl­ma­sı­nın tə­min edil­mə­si məq­sə­di­lə Mər­kə­zi Bank tə­rə­fin­dən "Hö­ku­mət Ödə­niş Por­ta­lı" (HÖP) ya­ra­dı­lıb. HÖP büd­cə ödə­niş­lə­ri­nin apa­rıl­ma­sı pro­se­si­nin sa­də­ləş­di­ril­mə­si və bir­ba­şa ema­lı­nın təş­ki­li, kom­mu­nal, ra­bi­tə, sı­ğor­ta və di­gər ödə­niş­lə­rin va­hid plat­for­ma­dan top­la­nıl­ma­sı­nın tə­min edil­mə­si məq­sə­di­lə qu­ru­lub.


Nağd­sız ödə­niş­lə­rin tək­mil­ləş­di­ril­mə­si məq­sə­di­lə 2015-ci il­dən son­ra da­ha tu­tar­lı təd­bir­lər gö­rü­lür. 2016-cı il­də "Nağd­sız he­sab­laş­ma­lar haq­qın­da" Qa­nun qə­bul edi­lib. Qa­nun­da rə­qəm­sal he­sab­laş­ma­la­rın müm­kün for­ma­la­rı, yal­nız nağd­sız qay­da­da hə­ya­ta ke­çi­ri­lən he­sab­laş­ma­la­rın növ­lə­ri, ver­gi ödə­yi­ci­si ol­ma­yan fi­zi­ki şəxs­lər­dən nağd qay­da­da alın­ma­sı müm­kün olan mal­la­rın si­ya­hı­sı, bir ay ər­zin­də apa­rı­la bi­lə­cək nağd he­sab­laş­ma­la­rın mak­si­mal həd­lə­ri mü­əy­yən olu­nub.

 

Plas­tik kart­lar­dan is­ti­fa­də və­ziy­yə­ti

 

Kart­la ödə­niş­lər ha­zır­da dün­ya­da nağd­sız ödə­niş­lər sis­te­mi­nin mü­hüm ele­men­ti ki­mi çı­xış edir və elekt­ron ödə­niş­lər üz­rə ən bö­yük pa­ya ma­lik­dir. La­kin Azər­bay­can­da tə­əs­süf­lər ol­sun ki, hə­lə­lik sis­te­min bu qo­lu­nun in­ki­şa­fı is­tə­ni­lən sə­viy­yə­yə çat­ma­yıb. İri ödə­niş­lə­rin nağd­sız apa­rıl­ma­sı ilə bağ­lı bü­tün mə­sə­lə­lər öz həl­li­ni tap­sa da ki­çik ödə­niş­lər­də əsas va­si­tə olan plas­tik kart­lar­dan is­ti­fa­də sa­hə­sin­də və­ziy­yət ürə­ka­çan de­yil. Bax­ma­ya­raq ki, kart­la ödə­niş­lə­rin ge­niş­lən­di­ril­mə­si mə­qə­sə­di­lə in­di­yə­dək bir ne­çə qə­rar qə­bul ed­lib.

Gö­rü­lən təd­bir­lər­də əsas hə­dəf is­ti­fa­də­də olan plas­tik kart­la­rın həm sa­yı­nın, həm də döv­riy­yə­si­nin ar­tı­rıl­ma­sı­dır. Xü­su­sən, plas­tik kart­la­rın da­ha önəm­li­si olan kre­dit kart­la­rı­nın is­ti­fa­də­si­ni ge­niş­lən­dir­mək­dir.


Ötən 5 il­də ödə­niş kart­la­rı inf­rast­ruk­tu­run­da əhə­miy­yət­li ar­tım­lar baş ve­rib. 2018-ci ilin əv­və­li­nə olan mə­lu­ma­ta əsa­sən, bank­lar tə­rə­fin­dən döv­riy­yə­yə bu­ra­xı­lan ödə­niş kart­la­rı­nın sa­yı 5,8 mil­yon ədəd, ban­ko­mat­la­rın sa­yı 2,4 min ədəd, POS-ter­mi­nal­la­rın sa­yı 65,5 min ədəd olub. Öl­kə­də hər min nə­fə­rə 591 ödə­niş kar­tı, hər 100 min nə­fə­rə 24,5 ban­ko­mat, hər 10 min nə­fə­rə 66,8 POS-ter­mi­nal dü­şür. Pen­si­ya­lar, tə­qa­üd­lər və bir sı­ra so­si­al müa­vi­nət­lər, büd­cə təş­ki­lat­la­rın­da ça­lı­şan iş­çi­lə­rin əmək haq­la­rı ödə­niş kart­la­rı va­si­tə­si­lə ve­ri­lir. Özəl qu­rum­la­rın muzd­lu iş­çi­lə­ri­nə əmək haq­qı­nın kart­la ödə­nil­mə­si üz­rə iş­lər da­vam et­di­ri­lir.


Dün­ya­nın qa­baq­cıl öl­kə­lə­ri ilə mü­qa­yi­sə­də Azər­bay­can­da plas­tik kart­lar­dan is­ti­fa­də sə­viy­yə­si­nin ol­duq­ca aşa­ğı ol­ma­sı ha­mı­ya mə­lum­dur. Sta­tis­ti­ka­ya əsa­sən, kart­lar va­si­tə­si­lə apa­rı­lan əmə­liy­yat­la­rın həc­mi 1,546 mil­yard ma­nat olub ki, onun da 1,188 mil­yard ma­na­tı­nı nağd pu­lun çı­xa­rıl­ma­sı üçün is­ti­fa­də edi­lib. Baş­qa söz­lə, in­san­lar nə­ti­cə­də ye­nə də nağd­sız ödə­niş­lər­dən nağd ödə­niş­lə­rə ke­çid edib.


Bu­nun əsas sə­bə­bi öl­kə­miz­də de­bet kart­la­rın (əmək haq­qı, pen­si­ya və s.) çox­lu­ğu­dur. Öl­kə­miz­də olan 5,8 mil­yon kar­tın 5,177 mil­yo­nu (89,2 fa­iz) de­bet, qa­la­nı kre­dit kar­tı­dır. Biz­dən fər­li ola­raq dün­ya­nın qa­baq­cıl öl­kə­lə­rin­də is­ti­fa­də­də olan kart­la­rın ço­xu kre­dit kart­la­rın­dan iba­rət­dir. Hə­min öl­kə­lər­də kre­dit kart­la­rın­dan is­ti­fa­də elə bir sə­vi­yə­yə ça­tıb ki, on­lar­sız pə­ra­kən­də ti­ca­rə­ti və bir çox xid­mət sa­hə­lə­ri­ni tə­səv­vür et­mək müm­kün de­yil. Sö­zü­ge­dən öl­kə­lər­də əha­li­nin 18 yaş­dan yu­xa­rı yaş qru­pun­da da­xil olan in­san­la­rı­nın 50 fai­zin­dən ar­tı­ğı kre­dit kart­la­rın­dan is­ti­fa­də et­di­yi hal­da öl­kə­miz­də bu gös­tə­ri­ci 4,5 fa­iz sə­viy­yə­sin­də­dir. Də­qiq rə­qəm­lər­lə söy­lə­sək, öl­kə­miz­də 623 min ədəd kre­dit kar­tı is­ti­fa­də­də­dir və hər 16 nə­fə­rə bir kre­dit kar­tı dü­şür. Yet­kin­lik ya­şın­da olan in­san­la­rın isə hər 11 nə­fə­ri­nin or­ta he­sab­la bir kre­dit kar­tı dü­şür. Mü­qa­yi­sə üçün bil­di­rək ki, ABŞ-da bir nə­fə­rin 4, Ya­po­ni­ya­da 2,5, Tür­ki­yə­də hər nə­fə­rin 1, Ru­si­ya­da hər 2 nə­fə­rin bir kre­dit kar­tı var.

 

Kre­dit kart­la­rın­dan is­ti­fa­də ge­niş­lən­di­ril­mə­li­dir

 

Dün­ya­nın apa­rı­cı öl­kə­lə­rin­də kre­dit kart­la­rın­dan is­ti­fa­də­nin bu də­rə­cə­də ya­yıl­ma­sı əsas­sız de­yil. Kre­dit kart­lar­dan is­ti­fa­də­nin küt­lə­vi­ləş­di­yi in­ki­şaf et­miş öl­kə­lə­rin son 20 il­lik təc­rü­bə­si gös­tə­rir ki, kre­dit kart­la­rı­nın döv­riy­yə­si­nin bö­yü­mə­si yal­nız, bir qru­pun yox, həm də bü­tün­lük­də iq­ti­sa­diy­ya­tın le­qal­laş­dı­rıl­ma­sı, ver­gi­yə cəlb edil­mə­si və de­mə­li əda­lət­li rə­qa­bət şa­rai­ti­nin ya­ra­dıl­ma­sı, biz­ne­sin yax­şı tən­zim­lə­nə bil­mə­si və in­ki­şa­fı üçün əhə­miy­yət­li­dir.

Bu cə­hət­lə­ri Tür­ki­yə­də apa­rı­lan bir araş­dır­ma da təs­diq­lə­yir. Araş­dır­ma­lar gös­tə­rib ki, kre­dit kart­la­rın­dan is­ti­fa­də­nin küt­lə­vi­ləş­mə­si inf­lya­sı­ya­nın tən­zim­lən­mə­si­ni asan­laş­dı­rır, məş­ğul­lu­ğu ar­tı­rır, köl­gə iq­ti­sa­diy­ya­tı­nı ki­çil­dir və is­teh­sa­lı ar­tı­rır.


Tür­ki­yə­də uni­ver­si­tet­lər tə­rə­fin­dən apa­rı­lan təd­qi­qat işi­nə gö­rə, hər 1000 li­rə­lik nağd ödə­niş əvə­zi­nə ey­ni ödə­mə kre­dit kar­tı ilə apa­rı­lar­sa ver­gi da­xi­lol­ma­la­rı 20 li­rə ar­tar.

Di­gər bir ma­raq­lı nə­ti­cə­yə gö­rə, əgər kre­dit kart­la­rı va­si­tə­si­lə xərc­lə­mə­lər il ər­zin­də 10 fa­iz ar­tar­sa, bu, ÜDM-nin 7,12 fa­iz art­ma­sı­na sə­bəb olar.

Kre­dit kar­tı is­ti­fa­də­si­nin ge­niş­lən­mə­si iq­ti­sa­diy­yat­da­kı dal­ğa­lan­ma­la­rı tən­zim­lə­mə im­ka­nı­nı da asan­laş­dı­rır. Çün­ki iq­ti­sa­diy­yat­da olan də­yi­şi­lik­lə­rin təx­mi­nən 10 fai­zi məhz kre­dit kar­tı xərc­lə­mə­lə­rin­dən qay­naq­la­nır.


Tür­ki­yə­də mü­əy­yən edib­lər ki, kart­la xərc­lə­mə­lə­rin 1 fa­iz art­ma­sı bir il­də 1800 nə­fə­rə ye­ni iş ye­ri­nin açıl­ma­sı­na, ikin­ci il­də isə ey­ni ar­tım sü­rə­ti­nin qo­run­ma­sı sa­yə­sin­də 9 min ada­ma iş ye­ri ya­ran­ma­sı­na im­kan ve­rir.


Kre­dit kart­la­rı va­si­tə­si­lə ödə­mə inf­lya­si­ya­ya zə­if­lə­di­ci tə­si­rə ma­lik­dir. Ti­ca­rət­də nağd pu­la tə­ləb 1 fa­iz art­dıq­da bu, inf­lya­si­ya­nı 0,17 fa­iz güc­lən­di­rir. Am­ma kre­dit kar­tı va­si­tə­si­lə ödə­mə art­dıq­da inf­lya­si­ya­nı 0,017 fa­iz azal­dır.


Nə­ha­yət, təd­qi­qat­lar gös­tə­rib ki, kre­dit kart­la­rın­dan is­ti­fa­də­nin küt­lə­vi­ləş­mə­si giz­li iq­ti­sa­diy­ya­tı zə­if­lə­dir və ver­gi­yə cəlb edil­mə ar­tır. Bu cə­hət ümu­mi iq­ti­sa­di bö­yü­mə üçün əhə­miy­yə­ti ol­maq­la bə­ra­bər həm də sa­hib­kar­lar ara­sın­da əda­lət­li rə­qa­bət şə­rai­ti də ya­ra­dır.

Azər­bay­can da nağd­sız ödə­niş­lə­ri ge­niş­lən­dir­mək­lə ba­zar iq­ti­sa­diy­ya­tı şə­rai­tin­də əda­lət­li­li və eti­bar­lı in­ki­şa­fa na­il ola bi­lər. Eti­raf edil­mə­li­dir ki, öl­kə­miz­də bir sı­ra amil­lər nağd­sız ödə­niş­lə­rin ge­niş­lən­di­ril­mə­si­ni çə­tin­ləş­di­rir. İns­ti­tu­sio­nal eti­mad sə­viy­yə­si­nin aşa­ğı ol­ma­sı, ver­gi­dən ya­yın­ma­ya zə­min ya­ra­dan amil­lər, bank xid­mət­lə­ri­nin çe­şi­di­nin az­lı­ğı və xərc­lə­ri­nin yük­sək­li­yi, əha­li­nin ma­liy­yə sa­vad­lı­lı­ğı sə­viy­yə­si­nin ye­tər­li ol­ma­ma­sı, bank­la­ra və elekt­ron ödə­niş sis­te­mi­nə ic­ti­mai ina­mın zə­if­li­yi nağd­sız ödə­niş­lə­rin in­ki­şaf tem­pi­ni zə­if­lə­dir.


Nağd­sız ödə­niş­lər sa­hə­sin­də qa­baq­cıl möv­qe­lər tu­tan öl­kə­lər­də mü­şa­hi­də edi­lən son trend­lər­dən bi­ri də "ani ödə­niş­lər" ad­lan­dı­rı­lan ödə­niş me­xa­nizm­lə­ri­nin tət­biq edil­mə­si­dir. Bu me­xa­nizm­lər nağd­sız ödə­niş­lə­ri 7/24/365 re­ci­min­də re­al vaxt­da hə­ya­ta ke­çir­mək im­ka­nı ve­rir. Ani ödə­niş­lər sis­te­mi nağd­sız ödə­niş­lə­rin ef­fek­tiv­lik sə­viy­yə­si­ni yük­səlt­mək­lə, iş­ti­rak­çı­lar üçün lik­vid­li­yin dər­hal tə­min olun­ma­sı­na, ha­be­lə kre­dit və lik­vid­lik risk­lə­ri sə­viy­yə­si­nin aşa­ğı sa­lın­ma­sı­na im­kan ve­rir. Azər­bay­can Mər­kə­zi Ban­kı­nın ha­zır­la­dı­ğı la­yi­hə­yə əsa­sən ya­xın vaxt­lar­da öl­kə­miz­də ani ödə­niş­lər təc­rü­bə­sin­dən is­ti­fa­də edi­lə­cək.

 

 

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ke­çir­di­yi mü­sa­bi­qə­yə təq­dim et­mək üçün­dür

 

 

  • SON XƏBƏR
  • TREND