"Orta məktəb şagirdləri bıçaq gəzdirirlər" - Deputat həyacan təbili çaldı

12.01.2019 13:10
181
"Orta məktəb şagirdləri bıçaq gəzdirirlər" - Deputat həyacan təbili çaldı

"Son vaxtlar yeniyetmələr arasında ozləri ilə biçaq gəzdirmək hallari artib".


Ekspress.az xəbər verir ki, bu barədə özünün feysbuk hesabında Milli Məclisin deputatı Fazil Mustafa yazıb.


Onun sözlərinə görə, daha çox orta məktəblərin 10-11-ci sinif şagirdləri bıçaq gəzdirirlər: "Buna səbəb sosial əbəkələrdə, teleseriallarda oğru aləmində baş verənlərin mütəmadi işıqlandırılması, təbliğ olunmasıdır. Ötən gün də Nizami metrosunda 22 yaşlı gənci urəyindən biçaqlayaraq öldürüblər. Cərrah tanışlarımızdan biri deyir ki, son zamanlar gənclər arasında ürəkdən və cinsi orqandan bicaqlamaq dəb halını alıb. Ciddi narahatedici məsələdir, fikrimcə valideynlər, məktəb müəllimləri, eləcə də Daxili İşlər Nazirliyinin müvafiq qurumları profilaktik tədbirləri gücləndirməlidir. Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə. Zövqünüzə uyğun gəlib-gəlməməni bir tərəfə buraxın, bu verilişlərdə heç olmazsa mərhəmət təbliğ olunur. Ən təhlükəlisi də oğru və qatil dünyasının prinsiplərinin, davranışlarının Azərbaycan, Rusiya və Türkiyə telekanalları vasitəsilə müxtəlif proqramlarda müntəzəm təbliğ olunmasıdır. Onların ədasını yeniyetmələr dərhal götürürlər və öz çevrələrində onların jarqonları ilə danışırlar".


Fazil Mustafa qeyd edib ki, hazırda kitabçıların verdiyi bilgiyə görə ən çox satılan ədəbiyyat da həbsxana və ya kriminal aləmlə bağlıdır. "Azərbaycanın böyük mütəfəkkirlərinin abidəsinə rast gəlmək çox vaxt müşkül məsələ olur, kriminal avtoritetlərin əksəriyyətinə dəyəri ağlagəlməz səviyyədə olan qəbirüstü abidələr ucaldılır. Hamısı təsiredici amillərdir, ona görə də hər bir valideyin evdən cəmiyyət içinə göndərdiyi övladların davranışlarını xoş niyyətlə diqqətə almalıdır", - deyə deputat bildirib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND