Yupiter Yerə maksimum yaxınlaşdı – Kosmik fenomen


12.06.2019 11:17
42
Yupiter Yerə maksimum yaxınlaşdı – Kosmik fenomen

Qaz nəhəngi Yupiter Yerə maksimum məsafədə yaxınlaşıb.


Ekspress.az xəbər verir ki, bu barədə NASA-dan bildirilib.


Məlumata görə, qarşıdakı bir neçə gecə ərzində planetimizin sakinləri adı gözlə Yupiteri müşahidə etmək imkanına sahib olacaqlar. Hazırda Günəş sisteminin ən nəhəng planeti olan Yupiter Yerdən 640 milyon kilometr məsafədə dayanıb. Bu məsafə iki səma cisminin arasında mümkün olan ən yaxın məsafədir. İnsanlar bu günlərdə yalnız Yupiteri deyil, onun peyklərini də müşahibə edə biləcəklər (axar.az).


Qeyd edək ki, sözügedən fenomen hər il təkrarlanır. Yupiter Günəş boyunca bir xətt üzrə hərəkət edən zaman onun üzərində əks olunan işıq planeti parlaq obyektə çevirir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND