Fransada sığınacaq alan Azərbaycan vətəndaşlarının sayı azalıb - RƏSMİ

03.12.2018 14:51
56
Fransada sığınacaq alan Azərbaycan vətəndaşlarının sayı azalıb - RƏSMİ

Fransada sığınacaq alan Azərbaycan vətəndaşlarının sayı 2017-ci ildə 2016-cı il ilə müqayisədə azalıb. 


Fransa Daxili İşlər Nazirliyindən “report.az“ın sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ildə bu ölkədə 116, 2016-cı ildə isə 166 Azərbaycan vətəndaşına sığıanacaq verilib.


Fransadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının ümumi sayı isə 2017-ci ildə əvvəlki ilə nisbətən artıb. Belə ki, 2016-cı ildə 261, 2017-ci ildə isə 335 Azərbaycan vətəndaşı Fransada sığınacaq üçün müraciət edib. Beləliklə, müraciət edənlərin 2016-cı ildə 63,6 faizinə, 2017-ci ildə isə cəmi 34,6 faizinə sığınacaq verilib.


Digər səbəblərlə (təhsil amaq üçün, nikah, xəstəliklə bağlı və sair) Fransada ilk dəfə müvəqqəti oturum üçün icazə alan azərbaycanlıların sayında isə cuzi dəyişiklik olub. Bu səbəblərlə Fransada ilk dəfə olaraq müvəqqəti oturum icazəsi alan azərbaycanlıların sayı 2016-ildə 358, 2017-ci ildə isə 333 olub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND