AŞPA Mehman Hüseynovun işi üzrə qətnamə qəbulundan imtina edib

"Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda “siyasi məhbuslar” problemi üzrə qətnamənin müzakirəsini və qəbulunu əvvəlcədən planlaşdırmırdı".
Ekspress.az xəbər verir ki, bunu “virtualaz.org”a AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, bu təşkilatın vitse-prezidenti Səməd Seyidov deyib.
Qeyd edək ki, daha öncə bəzi KİV-lər məlumat verib ki, AŞPA bir qədər əvvəl Avroparlamentdə qəbul edildiyi kimi Azərbaycanda insan haqları ilə bağlı problem haqqında qətnamə qəbul etmək niyyətindədir.
“Bu məlumat həqiqəti əks etdirmir. Mən AŞPA-nın insan haqları üzrə komitəsində və Monitorinq komitəsində görüşlər keçirdim və Mehman Hüseynovla bağlı hadisənin həll edilməsi üzrə prezident İlham Əliyevin təşəbbüsünü deputatların nəzərinə çatdırdım. Hadisə iştirakçıları barışıblar, istintaq orqanı isə Mehman Hüseynov barəsində cinayət işinə xitam verilməsi haqda qərar qəbul edib”, - o bildirib.
AŞPA-da Emin Hüseynov tərəfindən təşkil edilmiş və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi çağırışları səsləndirdiyi tədbir barədə məlumatı şərh edərkən Səməd Seyidov deyib ki, belə bir tədbir olub və orada AŞPA-nın cəmi bir neçə deputatı iştirak edib.
“Azərbaycan üzrə həmməruzəçi Ştefan Şennaxın çıxışı yalan məlumat üzərində qurulmuşdu və onun məruzəsi qeyri-səhih idi”, - Səməd Seyidov deyib.
Səməd Seyidov əlavə edib ki, Azərbaycan müxalifətinin onun AŞPA-nın vitse-prezidenti vəzifəsinə seçilməsinin qarşısını almağa və Azərbaycana qarşı qətnamənin qəbul edilməsinə yönəlmiş bütün cəhdləri tamamilə iflasa uğrayıb. O, baş verənləri AŞPA deputatlarının obyektiv yanaşması kimi qiymətləndirib.
Bir sıra KİV-lər onu da bildirməyə tələsiblər ki, Azərbaycanda “siyasi məhbuslar” üzrə qətnamə layihəsi AŞPA-nın aprel sessiyasında müzakirəyə çıxarılacaq. Səməd Seyidov bu məlumatı da təkzib edib və onu həqiqətə uyğun olmayan adlandırıb.
-
-
22.10 09:55
Ermənistan atəşkəs rejimini 20 dəfə pozub
-
21.10 16:05
Əli Kərimli özünə və iki polis əməkdaşına xəsarət yetirib
-
21.10 13:37
Əli Əhmədov: "Qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur"
-
21.10 11:21
Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
-
21.10 09:17
Müstəqillik Günü münasibətilə konsert olub
-
19.10 11:45
Pakistan: "Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik"
-
19.10 10:00
Cəbhədə bu gecə də silahlar SUSMADI
-
18.10 16:11
Milli Məclisin növbəti iclasının vaxtı bilindi
-
17.10 15:57
DİN və Baş Prokurorluqdan mitinq təşkilatçılarına - XƏBƏRDARLIQ
-
16.10 11:26
Həmsədrlər Dağlıq Qarabağa gəliblər
-
15.10 13:34
"Türk Şurasının qurumlarını dəstəkləməliyik" - Ərdoğan
-
15.10 13:27
Rusiya parlamentinə Qarabağa qanunsuz səfərlə bağlı sorğu göndərilib
-
14.10 12:47
Nazir polis mayoruna vəzifə verdi
-
14.10 09:57
Atəşkəs rejimi 22 dəfə pozulub
-
14.10 09:43
İran-Azərbaycan sərhədində İNSİDENT: Sərhədçi bıçaqlandı
-
12.10 15:00
Ermənistanın müdafiə naziri Qarabağa gəlib
-
12.10 12:18
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
-
12.10 11:46
İlham Əliyev Nikol Paşinyanla Qarabağ məsələsini müzakirə ETDİ
-
11.10 17:00
Putin İlham Əliyevi Aİ toplantısına dəvət etdi
-
11.10 16:00
Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
-
-