Gürcüstanın yeni baş naziri sabah məlum olacaq


02.09.2019 14:08
43
Gürcüstanın yeni baş naziri sabah məlum olacaq

Sentyabrın 3-də Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası keçiriləcək.


Ekspress.az xəbər verir ki, toplantıda baş nazir vəzifəsinə namizədin adı açıqlanacaq.


Xatırladaq ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün istefa verib.


Qeyri-rəsmi məlumatlara əsasən, hökumət başçısı vəzifəsinə daxili işlər naziri Giorgi Qaxaria və regional inkişaf və infrastruktur naziri Maya Tskitişvilinin namizədlikləri nəzərdən keçirilir. (report)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND