İyulda ilin ikinci Ay tutulması baş verəcək

16.06.2019 18:19
75
İyulda ilin ikinci Ay tutulması baş verəcək

İyulun 17-də carı ilin ikinci Ay tutulması (qismən) baş verəcək.


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının verdiyi xəbərə görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimumda olacaq, saat 02:59-da başa çatacaq.


Ay tutulması Cənubi Amerika, Avropa, Afrika və Avstraliyada müşahidə ediləcək. Tutulma Azərbaycanda müşahidə olunmayacaq.


Qeyd edək ki, 2019-cu ildə ilk Ay tutulması (tam) 21 yanvarda baş verib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND