Vüsal Kərimli - Bakı ətrafı qəsəbələri yeni avtobuslarla təmin edəcəyik


17.06.2019 18:24
65
Vüsal Kərimli - Bakı ətrafı qəsəbələri yeni avtobuslarla təmin edəcəyik

“Bu il Bakı ətrafı qəsəbələrin avtobus xətlərinin dəyişdirilməsinə üstünlük veriləcək”. 


Ekspress.az xəbər verir ki, bunu İTV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.


V.Kərimli bunun insanların daha rahat nəqliyyat vasitəsi ilə təmin etmək məqsədi daşıdığını qeyd edib:


“Amma burada digər məsələ də var. Kompleks tədbirlər görülməlidir. Bura yol infrastrukturu, dayanacaqların quraşdırılması, nişanlanma və s daxildir. Düşünürəm ki, bütün bunlar olduqdan sonra ilin sonuna qədər biz qəsəbələrin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik” (report).


Xatırladaq ki, BNA-nın yaydığı məlumata görə, bu il avqust ayında Bakıya 300 yeni avtobus gətiriləcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND