Həmsədrlər Mnatsakanyanla görüşdülər

20.02.2019 15:19
286
Həmsədrlər Mnatsakanyanla görüşdülər

İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Endryu Şofer, İqor Popov və Stefan Viskonti Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşüblər.


Ekspress.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan bəyan edib.


“Həmsədrlər regiona səfərləri çərçivəsində İrəvana gəliblər. Artıq onlar xarici işlər naziri ilə görüşüblər. Ermənistan baş naziri Nikol Paşinyanla da görüş keçirəcəklər”, - deyə Naqdalyan vurğulayıb.


Qeyd edək ki, Minsk qrupunun həmsədrləri İrəvandan sonra Bakıya gələcəklər (azvision). Həmçinin, məhz Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak da martın ilk yarısında Azərbaycan və Ermənistana səfər edəcək.


Ekspress.az