Körfəzdə baş verənlərdən İrana qarşı istifadə edilməməlidir - Rusiya XİN

13.06.2019 17:58
80
Körfəzdə baş verənlərdən İrana qarşı istifadə edilməməlidir - Rusiya XİN

"Oman körfəzində tankerlərə hücum hadisəsindən İrana qarşı istifadə edilməməlidir".


"RİA Novosti” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.


Onun sözlərinə görə, baş verən hadisə anti-İran ovqatının gərginləşdirilməsində istifadə edilməməlidir:


“Mən fürsətdən istifadə edərək tələsik nəticənin çıxarılmasından çəkinməyə çağırıram. Məsuliyyətin kiminsə üzərinə qoyulması cəhdi yolverilməzdir” (report).


Qeyd edək ki, iyunun 12-də Oman körfəzində Yaponiya, Tayvan və Omanın tankerlərinə hücum olub.


Xatırladaq ki, mayın 12-də Birləşmiş Ərəb Əmirliklərinin sularında 4 tankerdə partlayış baş vermişdi. ABŞ bu hadisənin məsuliyyətini İranın üzərinə qoyub. 



Ekspress.az

  • SON XƏBƏR
  • TREND