Qazaxıstanda prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB

09.06.2019 21:39
172
Qazaxıstanda prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB


Bazar günü Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkiləri başa çatıb.


Ekspress.az xəbər verir ki, ölkə üzrə bütün seçki məntəqələri yerli vaxtla 07:00-da açılıb və 20:00-a qədər fəaliyyət göstərib.


Daha 64 məntəqə həmin gün Azərbaycan da daxil olmaqla 51 xarici ölkədə açılıb. Xaricdə təqribən 15 min Qazaxıstan vətəndaşı səs vermək hüququ əldə edib.


***

Bazar ertəsi Qazaxıstanda keçirilən prezident seçkilərində yerli vaxtla 18:00-a olan seçici iştirakı 72,9% təşkil edir.


Bunu brifinqdə respublikanın Mərkəzi Seçki Komissiyasının üzvü Baxıt Meldeşov deyib.


***

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. 


Ekspress.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb, 20:00-dək davam edəcək.


Seçicilərin səs verməsi üçün ölkə ərazisində və kənarda 9968 seçki məntəqəsi fəaliyyət göstərir. 11 milyon 814 min 19 vətəndaşın səsvermə hüququna malik olduğu müəyyən edilib (report).


Prezident postu uğrunda Nursultan Nazarbayevin istefa verməsindən sonra müvəqqəti dövlət başçısı təyin edilmiş Kasım-Jomart Tokayev daxil olmaqla yeddi namizəd mübarizə aparır.


Qeyd edək ki, Qazaxıstanda prezident beş il müddətinə seçilir. Namizədlər seçkilərdə qalib gəlmək üçün seçicilərin 50%-dən çoxunun səsini toplamalıdır. Əgər heç bir namizəd lazımi səsi toplamasa, ikinci tur keçiriləcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND