Barselonada yaşayış binasında güclü yanğın: 3 ölü, 15 yaralı

05.01.2019 16:57
194
Barselonada yaşayış binasında güclü yanğın: 3 ölü, 15 yaralı

İspaniyanın Kataloniya əyalətinin Badalona şəhərindəki yaşayış binasında baş verən güclü yanğın nəticəsində üç nəfər ölüb, on beş nəfər yaralanıb.


Ekspress.az xəbər verir ki, yanğın onmərtəbəli yaşayış binasında baş verib. Yaralılardan biri uşaqdır. Onun vəziyyəti ağırdır. Alovdan xilas olmaq üçün özlərini binadan atan iki nəfər ağır xəsarətlər alıb.


Təhlükəsizlik məqsədilə qonşu binanın sakinləri təxliyə olunublar.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND