Mərkəzi Bank depozit hərracında istədiyi vəsaiti cəlb edə bilməyib

15.04.2019 12:37
37
Mərkəzi Bank depozit hərracında istədiyi vəsaiti cəlb edə bilməyib

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. Hərracda tələb 336,1 milyon manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 7,7% təşkil edib.


Mərkəzi Bank hərracda 350 milyon manat cəlb etməyi hədəfləyirdi. Amma hərracın nəticəsi göstərir ki, Mərkəzi Bank hədəfinə çata bilməyib.


Depozit hərraclarında tələbin azalması müşahidə edilən haldır. Bundan öncəki hərracda (aprelin 8-də) tələb 547,7 milyon manat, aprelin 1-də baş tutan hərracda tələb 659,6 milyon manat, martın 27-də olan hərracda tələb 849 milyon manat olmuşdu. Son hərraclarda tələbin sürətlə azalması qeydə alınıb.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND