“Biz məhz qardaş ölkə tərəfindən belə bir addımın şahidi olduq" - Deputat

“Hazırda beynəlxalq münasibətlərdə çox mürəkkəb mərhələdən keçirik. Bu, heç şübhəsiz ki, dövlətlərarası və beynəlxalq münasibətlərdə də yeni keyfiyyət dəyişikliyi yaradır və bu prosesdə biz yeni hadisənin “təntənəsinin” şahidi oluruq.Əlbəttə ki, bu, netokratiya, yəni şəbəkə hakimiyyəti adlandırılan yeni hakimiyyət növünün milli dövlətlər üzərində təcrübədən keçirilməsidir. Və qlobal dövlət adlandırılan dövlətə məhz milli dəyərlərdən uzaq, yeni informativ əsaslarda formalaşan vətəndaşların identifikasiyası prosesi gedir. Bu uzun müddətli prosesdir və artıq başlayıb”.
Ekspress.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin fevralın 12-də keçirilən iclasında çıxış edərkən deyib.
Hikmət Babaoğlu bildirib ki, bu prosesin hədəfi milli dövlətlər və milli maraqlardır:
“Prosesin birinci mərhələsi dəyərsizləşdirmə və mənəviyyatsızlaşdırma ilə başlayır. İkinci mərhələ lidersizləşdirmədir və sonda hədəf dövlətsizləşdirmə mərhələsinə qədər gəlib çatır. Biz hamımız azərbaycanlıyıq. Harada yaşamağımızdan, hansı peşə ilə məşğul olmağımızdan, hansı siyasi dünyagörüşünün daşıyıcısı olmasından asılı olmayaraq, hər birimizin ən ümdə vəzifəsi Vətəni, dövləti qorumaqdır. Ona görə də, düşünürəm ki, son dövrlərdə müşahidə etdiyimiz dəyərsizləşdirmə və mənəviyyatsızlaşdırma tendensiyasına son qoymaq bütün azərbaycanlıların ümdə borcudur”.
Çıxışı zamanı Azəraycanda çap mediasının vəziyyətinə toxunan deputat söyləyib ki, Azərbaycan Prezidenti milli mətbuatın böyük hamisi və dostudur. “Əgər Azərbaycanda bu günə qədər çap mediası varsa, buna görə Prezident İlham Əliyevin himayəsinə borcludur. Düşünürəm ki, bundan sonrakı mərhələdə də çap mediasının yaşaması üçün hamıdan çox Azərbaycan Prezidenti narahatdır və çap mediasının yaşaması üçün bundan sonra da lazımi addımlar atacaqdır. Hazırda informasiya cəmiyyətində, infiormasiyanın əldə edilməsi, bölünməsi üçün yeni mərhələ baş verir. Bu prosesdə də çap mediası sona qədər öz rolunu oynayacaq”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Türkiyə Böyük Millət Məclisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və Parlamentinin 100 illik yubileyi ilə bağlı pul sikkəsinin hazırlanaraq deputatlara təqdim edilməsini də yüksək qiymətləndirən millət vəkilinin sözlərinə görə, yalnız “Bir millət, iki dövlət” fələsəfəsilə yaşayan ölkənin parlament rəhbəri belə bir addım ata bilərdi: “Biz məhz qardaş ölkə tərəfindən belə bir addımın şahidi olduq və bunu qürurla qəbul edirik”.
-
-
16.02 16:30
Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdü: Biz qardaşıq - VİDEO
-
16.02 15:26
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif edilib
-
16.02 10:10
Azərbaycanda daha bir medal təsis edilir
-
16.02 09:40
Atəşkəs rejimi 25 dəfə pozulub
-
16.02 00:45
“Milli Şura Azərbaycana rəhbərlik etsə..." - Aydın Mirzəzadə
-
15.02 23:50
"Rusiyanı yamanca sıxışdırıblar" - Elxan Şahinoğlu
-
15.02 18:20
Elmar Məmmədyarov: “Münhendə Zöhrab Mnatsakyanla iki ölkə liderlərinin görüşünü müzakirə edə bilərik”
-
15.02 16:41
Saakyan atası azərbaycanlı olan generalı xüsusi nümayəndə təyin etdi - FOTO
-
15.02 15:20
"Gələcəkdə deputatların sayının artırılması məsələsinə baxmaq olar" - YAP-çı deputat
-
15.02 14:19
Diaspor Komitəsi “ASAN xidmət”lə Anlaşma Memorandumu imzaladı
-
15.02 13:36
Zahid Oruc yeni mərkəzin görəcəyi işlərdən danışdı
-
15.02 11:09
Sosial Tədqiqatlar Mərkəzində hansı dəyişikliklər olacaq? - Zahid Oruc
-
15.02 09:31
Deputatlarımız Avstraliyaya səfərə gedir
-
15.02 09:24
Düşmən atəşkəs rejimini 23 dəfə pozub
-
14.02 19:10
Mehriban Əliyeva Gəncədədir
-
14.02 17:25
Milli Məclis “Peşə birlikləri haqqında” yeni qanun layihəsini müzakirəyə çıxardı
-
14.02 16:44
"Regiondakı geosiyasi dəyişikliklər Qarabağ probleminin həlli üçün imkanlar aça bilər" - Tofiq Zülfüqarov
-
14.02 15:57
Əfv Komissiyası toplanır
-
14.02 15:55
İsgəndər Həmidov və daha iki nəfər Qarabağ Komitəsindən istefa verdi - SƏBƏB
-
14.02 15:36
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi” - Ayaz Mütəllibov
-
-
-
13.02 00:15
“Biz məhz qardaş ölkə tərəfindən belə bir addımın şahidi olduq" - Deputat
-
12.02 21:29
Ərdoğan Şəmistan Əlizamanlının mahnısını seçki musiqisi seçdi - VİDEO
-
12.02 16:21
İlham Əliyev REAL TV-yə müsahibə verdi
-
11.02 15:33
Milli Məclisin ən yaşlı deputatları - SİYAHI
-
10.02 10:49
İlham Əliyev Həsən Ruhanini təbrik edib
-
12.02 15:05
Bütün vətəndaşlarımızı könüllülər hərəkatında yaxından iştirak etməyə çağırırıq - Əli Həsənov
-
14.02 09:40
Mehriban Əliyeva tapşırıq verdi: Kimsəsiz qadının müalicə xərcləri ödəniləcək
-
11.02 12:19
"Bunu körükləyənlərin öz məqsədinə catacaqları şübhə doğurmur" - vitse-spiker
-
10.02 09:51
Düşmən atəşkəs rejimini 30 dəfə pozub
-
15.02 11:09
Sosial Tədqiqatlar Mərkəzində hansı dəyişikliklər olacaq? - Zahid Oruc
-
16.02 16:30
Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdü: Biz qardaşıq - VİDEO
-
10.02 12:05
Əfv komissiyası 100 müraciətə baxdı
-
11.02 09:15
Atəşkəs rejimi 25 dəfə pozulub
-
14.02 19:10
Mehriban Əliyeva Gəncədədir
-
11.02 17:11
Ömər Kocaman: “Əsl iş burdaymış, demək böyük bir diaspor hərəkatı başlayıb"
-
12.02 14:16
Siyavuş Novruzov bələdiyyələri tənqid etdi
-
12.02 12:51
Oqtay Əsədov Zahid Orucu vəzifəyə təyin olunması münasibətilə təbrik edib
-
14.02 15:55
İsgəndər Həmidov və daha iki nəfər Qarabağ Komitəsindən istefa verdi - SƏBƏB
-
11.02 09:29
Dövlətə xəyanətdə şübhəli bilinən şəxs həbs edildi - FOTO
-
12.02 13:54
Milli Məclis Xəzərlə bağlı sənədləri təsdiqlədi
-