Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclası başlayıb

07.06.2019 16:10
33
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclası başlayıb

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə plenar iclas başlayıb.


Bu plenar iclasda həmçinin Çinin sədri Si Tszinpin, Bolqarıstan prezidenti Rumen Radev, Ermənistan və Slovakiya baş nazirləri - Nikol Paşinyan və Peter Pelleqrini, BMT baş katibi Antoniu Quterriş çıxış edəcək.


İclasın moderatoru jurnalist və teleaparıcı Sofiko Şevardnadzedir.


Bu il forum "Davamlı inkişaf sahəsində gündəmi müəyyənləşdirmək" şüarı altında keçirilir (report).


Forum iyunun 8-də başa çatacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND