Göyçayda su kanalı dağılıb

06.06.2019 20:18
90
Göyçayda su kanalı dağılıb

Göyçayda beton su arxı dağılıb, iki kənd susuz qalıb.


Çərəkə kəndi ərazisindən keçən beton R-8 arxı dağıldığı üçün onun suyu hazırda Qazyan arxına tökülür.


Nəticədə Göyçayın Çərəkə və Ucarın Rəstəcə kəndlərində yaşayan əhali əkin sahələrini suvarmaq üçün çətinliklə üzləşiblər. Göyçay Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, mütəxəssislər dağılan arxa baxış keçirib.


Sabah beton arxda təmir-bərpa işləri görüləcək və problem öz həllini tapacaq. Qeyd edilib ki, beton R-8 arxı Qazyan arxının bir qoludur (APA). Göyçay və Ucarın 15-ə yaxın kəndini suvarma suyu ilə təmin edən bu iki arx bir neçə yerdə ayrılır və birləşir, hətta asma beton ötürücü vasitəsilə bir-birinin üzərindən keçir.


Hazırda digər kəndlər su ilə təmin olunur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND