FED sədri: "ABŞ Prezidenti Donald Tramp istəsə belə istefa vermərəm"

05.01.2019 20:18
106
FED sədri: "ABŞ Prezidenti Donald Tramp istəsə belə istefa vermərəm"



ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauel (Jerome Pauell) Atlantada iştirak etdiyi konfransda, FED maliyyə siyasətində müstəqil olduğunu və doğru bildiyi qərarlarda israrçı olacaqlarını deyib.


Ekspress.az "Marja"ya istinadən xəbər verir ki, Pauel, "2018-ci il ABŞ iqtisadiyyatı üçün yaxşı bir ildi. Məşğulluq göstəriciləri olduqca güclü idi", -şəkilində fikirlərini davam etdirib.

 

FED-in risk narahatlıqlarına dair bazarları diqqətli şəkildə dinlədiyini deyən Cerom Pauel, "FED səbrli olacaq və çevik siyasətləri ilə hazırlıqlı olacaq" deyib.


O, bildirib ki, FED-in mədəniyyəti siyasi deyil və çox güclüdür: "Bu mədəniyyət FED-in DNT-sində var və pozulmazdır. ABŞ Prezidenti Donald Tramp istəsə belə istefa vermərəm".

 

Pauelin bu açıqlamasından sonra dollar yenidən mühüm valyutalar qarşısında dəyər itirib. Bakı vaxtı ilə saat 20:00-da avro/dollar məzənnəsi 1.1411 səviyyəsinə qalxıb. 

 

Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da məşğulluq, işsizlik və əməkhaqqı göstəriciləri açıqlanmışdı. ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq dekabrda 312 min artıb. Proqnoz 178-184 min aralığında idi. Kənd təsərrüfatı xaric məşğulluğun proqnozdan yüksək olması və maaşların artması ilə əlaqədar olaraq dollar bahalaşmşdı. Avro/dollar məzənnəsi 1.1405 səviyyələrindən 1.1353 səviyyələrinə geriləmişdi (saat 18:30-a olan məlumat). Dollar Avro qarşısında 0,4% dəyər qazanmışdı. 


Ekspress.az 

  • SON XƏBƏR
  • TREND