Di­as­por təş­ki­lat­la­rı müs­tə­qil­lik gü­nü­nü qeyd edir

18.10.2018 19:15
500
Di­as­por təş­ki­lat­la­rı müs­tə­qil­lik gü­nü­nü qeyd edir

Ok­tyab­rın 18-də Azər­bay­can­da Döv­lət Müs­tə­qil­li­yi Gü­nü qeyd olun­du. 1991-cü ilin 18 ok­tyab­rın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Ali So­ve­ti "Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət müs­tə­qil­li­yi haq­qın­da" Kons­ti­tu­si­ya Ak­tı­nı qə­bul et­di. Bu­nun­la da Azər­bay­can Res­pub­li­ka­sı­nın müs­tə­qil­li­yi bər­pa olun­du.


1994-cü ilin ok­tyab­rın 25-dən Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nin fər­ma­nı ilə 18 Ok­tyabr - Döv­lət Müs­tə­qil­li­yi Gü­nü hər il xal­qı­mız tə­rə­fin­dən bir bay­ram ki­mi qeyd edi­lir. Müs­tə­qil­li­yi­mi­zin bər­pa­sın­dan 27 il ötür. Bu gün mü­na­si­bə­ti­lə tək­cə öl­kə­miz­də de­yil, xa­ri­ci döv­lət­lər­də də Azər­bay­can di­as­por qu­rum­la­rı­nın təş­ki­lat­çı­lı­ğı ilə təd­bir­lər hə­ya­ta ke­çi­ri­lir.


Tür­ki­yə­də Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ya­ran­ma­sı­nın 100 il­li­yi və Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yi­nin 27-ci il­dö­nü­mü mü­na­si­bə­ti­lə ke­çi­ri­lən təd­bir İs­tan­bul­da fəa­liy­yət gös­tə­rən Tür­ki­yə-Azər­bay­can Da­ya­nış­ma və Kül­tür Dər­nə­yi­nin (İS­TAD) təş­ki­lat­çı­lı­ğı ilə baş tu­tub. Qar­daş öl­kə­də ya­şa­yan azər­bay­can­lı­lar Tür­ki­yə­ni Av­ro­pa və Asi­ya qi­tə­si qo­vuş­du­ran Bos­for bo­ğa­zın­da (İs­tan­bul) bir ye­rə top­la­şıb­lar. Son­ra Azər­bay­can və Tür­ki­yə bay­raq­la­rı ilə bə­zə­dil­miş "Va­li­də Sul­tan" gə­mi­si ilə Mər­mə­rə də­ni­zin­də iki sa­at müd­də­tin­də sə­ya­hə­tə çı­xıb­lar. Təd­bir iş­ti­rak­çı­la­rı Azər­bay­can döv­lət him­ni­ni oxu­yub və öl­kə­nin müs­tə­qil­li­yi uğ­run­da can­la­rın­dan ke­çən şə­hid­lə­rin xa­ti­rə­si­ni bir də­qi­qə­lik sü­küt­la yad edib­lər.


Da­ha son­ra Azər­bay­ca­nın ta­ri­xi keç­mi­şin­dən, mə­də­ni də­yər­lə­rin­dən da­nı­şı­lıb və müx­tə­lif il­lər­də Tür­ki­yə­yə köç edən azər­bay­can­lı­lar ba­ba­la­rı­nın xa­ti­rə­lə­ri­ni bö­lü­şüb­lər ("re­port.az"). Son­da Azər­ba­can mil­li mu­si­qi­lə­ri səs­lən­di­ri­lib, rəqs­lər edi­lib.


Müs­tə­qil­li­yi­mi­zin bər­pa­sı­nın 27-ci il­dö­nü­mü ABŞ-da da qeyd olu­nub. ABŞ-ın İl­li­noys şta­tın­dan olan se­na­tor­lar Tem­mi Da­ku­ort və Ri­çard Dur­bin Azər­bay­can Res­pub­li­ka­sı­nın müs­tə­qil­li­yi­nin bər­pa edil­mə­si­nin 27-ci il­dö­nü­mü mü­na­si­bə­ti­lə İl­li­noys Azər­bay­can ic­ma­sı­nın üzv­lə­ri­nə təb­rik mək­tub­la­rı gön­də­rib­lər. Təb­rik mək­tub­la­rı ABŞ-ın Or­ta Qərb ştat­la­rı üz­rə Azər­bay­can mər­kə­zi­nə ün­van­la­nıb.

Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mət­bu­at xid­mə­tin­dən "Eks­press"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, mək­tub­lar­da vur­ğu­la­nır ki, bu təş­ki­la­tın fəa­liy­yə­ti, onun hə­ya­ta ke­çir­di­yi təh­sil və xey­riy­yə təd­bir­lə­ri Çi­ka­qo­nun ic­ti­mai hə­ya­tı­nı zən­gin­ləş­di­rir. Təş­ki­la­tın üzv­lə­ri Ame­ri­ka gənc­lə­ri­ni Azər­bay­can xal­qı­nın ta­ri­xi ilə, bu xal­qa xas olan də­yər­lər­lə ta­nış edir­lər.


Mək­tub­da o da qeyd edi­lir ki, bü­tün dün­ya­da 50 mil­yon­dan çox azər­bay­can­lı, o cüm­lə­dən ABŞ-da­kı 400 min­lik Azər­bay­can ic­ma­sı hər il 18 ok­tyabr ta­ri­xi­ni Azər­bay­ca­nın müs­tə­qil­lik gü­nü ki­mi qeyd edir­lər.


ABŞ-ın Ka­li­for­ni­ya şta­tı­nın San-Fran­sis­ko şə­hə­ri və vi­la­yə­tin Nə­za­rət­çi­lər Şu­ra­sı tə­rə­fin­dən isə 18 ok­tyabr - Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Müs­tə­qil­li­yi Gü­nü ilə bağ­lı təb­rik bə­yan­na­mə­si qə­bul edi­lib. Azər­bay­ca­nın Los-An­ce­les­də­ki baş kon­sul­lu­ğu­na gön­də­ri­lən və Nə­za­rət­çi­lər Şu­ra­sı­nın bü­tün üzv­lə­ri tə­rə­fin­dən im­za­la­nan bə­yan­na­mə­də Azər­bay­can xal­qı­nın mü­səl­man dün­ya­sın­da ilk dün­yə­vi və de­mok­ra­tik res­pub­li­ka ya­rat­dı­ğı qeyd edi­lir. Bil­di­ri­lir ki, Azər­bay­can Res­pub­li­ka­sı re­gi­on­da de­mok­ra­ti­ya­nın ya­yıl­ma­sı və in­ki­şa­fı­na önəm­li töh­fə­lər ve­rə­rək bö­yük nai­liy­yət­lə­rə im­za atıb.


Da­ha son­ra sə­nəd­də San-Fran­sis­ko sa­kin­lə­ri və Nə­za­rət­çi­lər Şu­ra­sı adın­dan Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Müs­tə­qil­li­yi Gü­nü təb­rik edi­lir.

Qeyd edək ki, Ka­li­for­ni­ya­da əha­li­si­nin sa­yı­na gö­rə dör­dün­cü bö­yük şə­hər olan San-Fran­sis­ko Şi­ma­li Ka­li­for­ni­ya­nın əsas mə­də­niy­yət, təh­sil, ma­liy­yə və iq­ti­sa­di mər­kə­zi­dir. 900 mi­nə ya­xın əha­li­si olan şə­hər ABŞ-da əha­li­nin ən sıx məs­kun­laş­dı­ğı ikin­ci bö­yük şə­hər­dir.


Ok­tyab­rın 21-də isə ABŞ-ın Nyu-York şta­tı­nın Bruk­lin şə­hə­rin­də Azər­bay­can, Tür­ki­yə, Öz­bə­kis­tan, Türk­mə­nis­tan və Ta­ci­kis­ta­nın müs­tə­qil­lik gün­lə­ri bir­gə qeyd olu­na­caq. Təd­bi­rin ke­çi­ril­mə­sin­də əsas məq­səd müs­tə­qil­lik gü­nü­nü qeyd et­mək­lə bə­ra­bər, türk­dil­li və dost öl­kə­lə­rin or­taq mə­də­ni də­yər­lə­ri haq­qın­da Ame­ri­ka ic­ti­ma­iy­yə­ti­ni mə­lu­mat­lan­dır­maq­dır.


"Bro­oklyn Bo­ro­ugh Hall"da ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lan təd­bir rəs­mi his­sə­dən son­ra, bə­dii proq­ram­la da­vam edə­cək. Proq­ram­da azər­bay­can­lı pia­no­çu­lar Nər­giz Əli­ya­ro­va, Ka­mil­lə Məm­mə­do­va, elə­cə də Öz­bə­kis­tan, Türk­mə­nis­tan və Ta­ci­kis­tan­dan olan in­cə­sə­nət us­ta­la­rı çı­xış edə­cək­lər.


Təd­bi­rin ke­çi­ri­lə­cə­yi mə­kan­da azər­bay­can­lı rəs­sam­lar Kö­nül Kən­gər­li, Cə­mi­lə Sa­dı­qo­va və Mi­ri­am Hü­sey­no­vun əsər­lə­ri­nin sər­gi­si də təş­kil olu­na­caq.

Bay­ram təd­bi­rin­də Azər­bay­can, türk, öz­bək, türk­mən və ta­cik mət­bə­xin­dən nü­mu­nə­lər də təq­dim edi­lə­cək­dir.


Ok­tyab­rın 16-da Tbi­li­si­də AZƏR­TAC-ın və M.F.Axund­za­də adı­na Azər­bay­can Mə­də­niy­yə­ti Mu­ze­yi­nin bir­gə təş­ki­lat­çı­lı­ğı, öl­kə­mi­zin Gür­cüs­tan­da­kı sə­fir­li­yi­nin dəs­tə­yi ilə "18 ok­tyabr - Azər­bay­ca­nın Döv­lət Müs­tə­qil­li­yi Gü­nü"nə həsr olu­nan konf­rans ke­çi­ri­lib. Mu­ze­yin di­rek­to­ru, Azər­bay­ca­nın Əmək­dar mə­də­niy­yət iş­çi­si Ley­la Əli­ye­va təd­bi­ri aça­raq döv­lət müs­tə­qil­li­yi­nin əhə­miy­yə­tin­dən, müs­tə­qil­lik il­lə­rin­də Azər­bay­can ilə Gür­cüs­tan ara­sın­da dost­luq mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fın­dan söz açıb. AZƏR­TAC-ın Gür­cüs­tan üz­rə xü­su­si müx­bi­ri Xə­ta­yi Əzi­zov Azər­bay­ca­nın döv­lət­çi­lik ta­ri­xi və müs­tə­qil­lik uğ­run­da mü­ba­ri­zə­sin­dən da­nı­şıb. Bil­di­rib ki, XX əs­rin son­la­rın­da SSRİ-nin da­ğıl­ma­sı ilə ya­ra­nan ta­ri­xi şə­ra­it nə­ti­cə­sin­də Azər­bay­can döv­lət müs­tə­qil­li­yi­ni bər­pa edib. 1991-ci il ok­tyab­rın 18-də Ali So­ve­tin ses­si­ya­sın­da döv­lət müs­tə­qil­li­yi haq­qın­da Kons­ti­tu­si­ya Ak­tı qə­bul olu­nub. Azər­bay­ca­nın müs­tə­qil­li­yi bər­pa olu­nan­dan son­ra döv­lət bay­ra­ğı, him­ni və ger­bi haq­qın­da da qa­nun­lar qə­bul edi­lib.


Vur­ğu­la­yıb ki, müs­tə­qil­li­yi­mi­zi qo­ru­maq, döv­lət­çi­li­yi­mi­zi möh­kəm­lən­dir­mək və in­ki­şaf et­dir­mək heç də asan ol­ma­yıb. Son­ra gür­cü po­li­to­loq­lar Ten­giz Txi­la­va, Si­mon Ko­pad­ze, pre­zi­dent­li­yə na­mi­zəd Le­van Çi­xe­id­ze, Tbi­li­si­də­ki 73 nöm­rə­li or­ta mək­tə­bin mü­əl­li­mi Qəh­rə­man Mu­sa­yev, ic­ti­mai xa­dim Be­ka Okia­ni və baş­qa­la­rı Azər­bay­can xal­qı­nı bay­ram mü­na­si­bə­ti­lə təb­rik edib­lər.


Bil­di­ri­lib ki, Azər­bay­can döv­lət müs­tə­qil­li­yi­ni bər­pa et­dik­dən son­ra hə­ya­ta ke­çir­di­yi la­yi­hə­lər tək­cə bir xal­qın və bir döv­lə­tin de­yil, bü­töv bir re­gio­nun, Av­ro­pa­nın ener­ci təh­lü­kə­siz­li­yin­də, böl­gə­də sa­bit­li­yin bər­qə­rar ol­ma­sın­da mü­hüm rol oy­na­yıb.


Çı­xış edən­lər Azər­bay­ca­nın iş­ğal al­tın­da­kı əra­zi­lə­ri­nin azad olun­ma­sı­nı, döv­lət müs­tə­qil­li­yi və di­gər mil­li bay­ram­la­rı­mı­zın Dağ­lıq Qa­ra­bağ­da ke­çi­ril­mə­si­ni ar­zu edib­lər.


Bir­ləş­miş Ərəb Əmir­lik­lə­rin­də bö­yük oxu­cu au­di­to­ri­ya­sı­na ma­lik olan ərəb, in­gi­lis, rus və çin dil­li "Avia­most" qə­ze­tin­də isə Azər­bay­ca­nın BƏƏ-də­ki sə­fi­ri Daş­qın Şi­ka­ro­vun "Azər­bay­ca­nın Müs­tə­qil­lik Gü­nü" sər­löv­hə­li mə­qa­lə­si dərc olu­nub (AZƏR­TAC). Mə­qa­lə­də 18 ok­tyabr ta­ri­xin­də Azər­bay­ca­nın Döv­lət Müs­tə­qil­lik Gü­nü­nü qeyd et­di­yi­ni bil­di­rən sə­fir de­yib ki, 27 il bun­dan əv­vəl uzun il­lər müs­tə­qil­lik həs­rə­tin­də olan Azər­bay­can xal­qı qar­şı­sın­da du­ran bü­tün çə­tin­lik­lə­rə tab gə­ti­rə­rək, 1991-ci il 18 ok­tyabr ta­ri­xin­də müs­tə­qil­lik haq­qın­da Kons­ti­tu­si­ya Ak­tı­nı qə­bul edib.


Dip­lo­mat müs­tə­qil­li­yin qo­ru­nub-sax­lan­ma­sı­nın onun əl­də edil­mə­sin­dən da­ha çə­tin və­zi­fə ol­du­ğu­nun ta­rix tə­rə­fin­dən sü­bu­ta ye­ti­ril­di­yi­ni vur­ğu­la­ya­raq qeyd edib ki, Azər­bay­can XX əsr­də iki də­fə müs­tə­qil­lik qa­zan­maq im­ka­nı əl­də edib. İs­lam dün­ya­sı və Şərq­də 1918-ci ilin 28 may ta­ri­xin­də qu­rul­muş ilk dün­yə­vi de­mok­ra­tik döv­lət cə­mi 23 ay ya­şa­yıb, xa­ri­ci qüv­və­lə­rin mü­da­xi­lə­si nə­ti­cə­sin­də sü­qu­ta uğ­ra­yıb. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti dün­ya­nın 20-dən çox öl­kə­si ilə əla­qə­lər qur­muş, döv­lə­tin rəs­mi sim­vol­la­rı və Azər­bay­can və­tən­daş­lı­ğı haq­qın­da əsas­na­mə qə­bul edil­miş, ki­şi və qa­dın­la­rın bə­ra­bər hü­quq­la­ra ma­lik ol­ma­la­rı ta­nı­nıb. Cüm­hu­riy­yət döv­rün­də ic­ra, qa­nun­ve­ri­ci­lik və məh­kə­mə ha­ki­miy­yət­lə­ri­nin tam müs­tə­qil­li­yi tə­min olun­muş, Azər­bay­can Si­lah­lı Qüv­və­lə­ri, Xə­zər də­niz do­nan­ma­sı ya­ra­dıl­mış, Azər­bay­can Döv­lət Uni­ver­si­te­ti tə­sis edil­miş, yüz­lər­lə gən­cə Av­ro­pa­nın apa­rı­cı uni­ver­si­tet­lə­rin­də təh­sil al­maq üçün tə­qa­üd­lər ay­rı­lıb.


Mü­əl­lif vur­ğu­la­yıb ki, So­vet İt­ti­fa­qı­nın da­ğıl­ma­sı ərə­fə­sin­də Azər­bay­can müs­tə­qil­li­yi­ni bər­pa et­mək üçün ye­ni­dən im­kan əl­də et­di. 1991-ci il Azər­bay­can üçün mü­rək­kəb, la­kin şə­rəf­li il ol­du. Hə­min dövr­də xal­qın ağ­rı­sı, qə­zə­bi, göz­lən­ti­lə­ri ən yük­sək nöq­tə­yə çat­mış­dı. Azər­bay­can xal­qı­nın ar­dı kə­sil­mə­yən nü­ma­yiş­lə­rə baş­la­dı­ğı­nı söy­lə­yən dip­lo­mat qeyd edib ki, 1990-cı il yan­va­rın 20-də xal­qı­mı­za qar­şı aman­sız qır­ğın tö­rə­dil­di. La­kin so­vet tank­la­rı müs­tə­qil­li­yə apa­ran yo­lun qar­şı­sı­nı ala bil­mə­di. Yüz­lər­lə oğul-qı­zı­nı qur­ban ve­rən Azər­bay­can ye­ni hə­ya­ta, ye­ni re­al­lıq­la­ra qə­dəm qoy­du. Nə­ha­yət, Azər­bay­can par­la­men­ti 1991-ci il 18 ok­tyabr ta­ri­xin­də döv­lət müs­tə­qil­li­yi­nin bər­pa olun­ma­sı haq­qın­da Kons­ti­tu­si­ya Ak­tı­nı qə­bul et­di. Sə­nə­də əsa­sən, Azər­bay­can Res­pub­li­ka­sı 1918-ci il ma­yın 28-dən 1920-ci il ap­re­lin 28-dək möv­cud ol­muş Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin va­ri­si elan edil­di.


Mə­qa­lə­də bil­di­ri­lib ki, 1991-ci il de­kab­rın 29-da Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət müs­tə­qil­li­yi haq­qın­da Kons­ti­tu­si­ya Ak­tı­na dəs­tək­lə bağ­lı ke­çi­ri­lən ümum­mil­li re­fe­ren­du­mun­da səs ve­rən­lə­rin 95 fai­zi iş­ti­rak edə­rək yek­dil­lik­lə öl­kə­nin müs­tə­qil­li­yi­ni dəs­tək­lə­di. Müs­tə­qil­li­yi­ni elan et­miş Azər­bay­ca­nın dün­ya öl­kə­lə­ri, o cüm­lə­dən BƏƏ tə­rə­fin­dən ta­nın­dı, 1992-ci il ma­yın 2-də Azər­bay­can BMT-nin üzv­lü­yü­nə qə­bul edil­di.


D.Şi­ka­rov ya­zı­da ümum­mil­li li­der Hey­dər Əli­ye­vin müd­rik si­ya­sə­ti­nin la­yiq­li da­vam­çı­sı Pre­zi­dent İl­ham Əli­ye­vin rəh­bər­li­yi ilə Azər­bay­can Res­pub­li­ka­sı­nın yük­sək temp­lər­lə in­ki­şaf et­di­yi­ni vur­ğu­la­yıb.


Mə­qa­lə­də Azər­bay­ca­nın öz xa­ri­ci si­ya­sə­ti­ni öl­kə ma­raq­la­rı üzə­rin­də qur­du­ğu, Av­ro­pa və Asi­ya­nın si­ya­si sər­hə­din­də yer­lə­şə­rək, hər iki qi­tə­nin si­ya­si struk­tur­la­rı­na in­teq­ra­si­ya ol­du­ğu qeyd edi­lib. Bil­di­ri­lib ki, Azər­bay­can Av­ro­pa Şu­ra­sı, ATƏT, Qo­şul­ma­ma Hə­rə­ka­tı, İs­lam Əmək­daş­lı­ğı Təş­ki­la­tı ki­mi təş­ki­lat­la­rın üz­vü­dür və 2012-2013-cü il­lər­də BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qey­ri dai­mi üz­vü olub.

D.Şi­ka­ro­vun ya­zı­sın­da ya­xın dost­luq və sə­mi­mi mü­na­si­bət­də olan Azər­bay­can Res­pub­li­ka­sı və Bir­ləş­miş Ərəb Əmir­lik­lə­ri­nin iki­tə­rəf­li və çox­tə­rəf­li for­mat­da ge­niş əmək­daş­lıq et­di­yi bil­di­rib. İki öl­kə ara­sın­da si­ya­si, iq­ti­sa­di, mə­də­niy­yət, əd­liy­yə və di­gər sa­hə­lər­də bir sı­ra sə­nəd­lə­rin im­za­lan­dı­ğı qeyd olu­nub.

Mü­əl­lif bil­di­rib ki, yük­sək sə­viy­yə­li qar­şı­lıq­lı sə­fər­lər iki­tə­rəf­li mü­na­si­bət­lə­ri güc­lən­di­rir, si­ya­si dia­lo­qu tə­min edir və iki­tə­rəf­li əmək­daş­lı­ğın təş­vi­qi­nə xid­mət edir. İki öl­kə ara­sın­da ti­ca­rət mü­ba­di­lə­si il­dən-ilə ar­tır, Azər­bay­can Ha­va Yol­la­rı, BƏƏ-nin "Et­ti­had", "Flydu­bay" və "Air Ara­bia" ha­va yol­la­rı tə­rə­fin­dən iki öl­kə ara­sın­da bir­ba­şa uçuş­la­rın hə­ya­ta ke­çi­ril­mə­si, fi­zi­ki və hü­qu­qi şəxs­lə­rin müx­tə­lif bey­nəl­xalq təd­bir­lər­də qar­şı­lıq­lı iş­ti­ra­kı xalq­lar ara­sın­da mü­na­si­bət­lə­rin, tu­rizm və ti­ca­rət əla­qə­lə­ri­nin güc­lən­mə­si­nə xid­mət edir.


Son­da bil­di­rək ki, di­as­por təş­ki­lat­la­rı­nın Azər­bay­ca­nın Döv­lət Müs­tə­qil­li­yi­nin bər­pa­sı­nın 27-ci il­dö­nü­mü mü­na­si­bə­ti­lə təd­bir­lə­ri da­vam edir.

 

Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND