"9 milyon iranlının öldürüldüyü beynəlxalq ictimaiyyətdən gizlədilir" - tarixçi


05.02.2019 16:40
136
"9 milyon iranlının öldürüldüyü beynəlxalq ictimaiyyətdən gizlədilir" - tarixçi

"Qərb mətbuatı Birinci Dünya müharibəsi zamanı 9 milyon iranlının öldürülməsi haqqında beynəlxalq ictimaiyyətə məlumat vermir".


Ekspress.az xəbər verir ki, bu açıqlamanı Londonda yaşayan tarixçi və siyasi analitik Rodni Şekspir Press TV kanalına müsahibəsində deyib.


O bildirib ki, insan hüquqlarının müdafiəçisi kimi çıxış edən Böyük Britaniya bu faktı tanımalı və 9 milyon iranlının qətlə yetirildiyini açıqlamalıdır.


Tarixçi-alim apardığı tədqiqatlara əsasən qeyd edir ki, 1917-ci ildən 1919-cu ilədək Avropanın müxtəlif ölkələrində və müharibə meydanında 9 milyona yaxın iranlı öldürülüb. Bunların arasında İran mənşəli yəhudilər də olub.


  • SON XƏBƏR
  • TREND