Azərbaycan və Rusiya milli valyutalarla hesablaşmaları müzakirə edəcək

11.02.2019 17:22
129
Azərbaycan və Rusiya milli valyutalarla hesablaşmaları müzakirə edəcək

Azərbaycan və Rusiya 2019-cu ildə iki ölkənin maliyyə-bank sahəsində qarşılıqlı əlaqələrin müzakirəsi məqsədilə dəyirmi masa keçirə bilər.


“Bu məsələ ötən ilin dekabr ayında Moskvada keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın XVII iclası çərçivəsində müzakirə olunub”, - hökumətdən qeyd ediblər.


Komissiyanın iclası zamanı həmçinin milli valyutalarla hesablaşmalara keçid məsələsinin nəzərdən keçirilməsinin əhəmiyyəti qeyd olunub (İnterfaks-Azərbaycan).


“Hər ii ölkənin qurumlarına əməliyyatların milli valyutalarla həyata keçirilməsi məsələsi ilə bağlı əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin davam etdirilməsi tapşırılıb”, - hökumətdən məlumat verilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND