61 məktəbə yeni direktor təyin edildi

10.09.2019 15:35
143
61 məktəbə yeni direktor təyin edildi

2018-ci ildə elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsi və apelyasiya komissiyasının qərarına əsasən, şikayəti təmin olunan namizədlərin nəticələri açıqlanıb.


Təhsil Nazirliyindən Ekspress.az -a verilən məlumata görə, nəticələrə görə, 61 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.


Yeni direktorlar sentyabrın 13-dən öz vəzifələrinin icrasına başlayacaqlar.


Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 246 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.


Ekspress.az


Açar sözlər: