"Bizi Rusiyaya birləşdirən son bağ da qoparıldı” - Pyotr Poroşenko

07.01.2019 22:33
165
"Bizi Rusiyaya birləşdirən son bağ da qoparıldı” - Pyotr Poroşenko

Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın avtokefal kilsəsinin tomos (Rusiya Moskva patriarxlığından azad olmaq barədə sənəd) almasından sonra bu ölkənin Moksva ilə son bağlarını da qopardığını bəyan edib.


Ekspress.az xəbər verir ki, Poroşenko Ukrayna mediasına bildirib ki, "Ukrayna avtokefal müstəqil pravoslav kilsəsinin yaradılması bizim müstəqilliymizin girovudur. Bu, bizim mənəvi azadlığımızın təməlinin əsasıdır. Biz həm Moskvadan, həm də onun Ukraynanı “müqəddəs ərazi” kimi gördüyü fantaziyalarından da qurtulduq” .


Ukrayna lideri ölkə vətəndaşlarının başqa arzularının da yerinə yetəcəyinə ümid etdiyini söyləyib.


Ukraynanın dövlət başçısı dünyadakı bütün müstəqil pravoslav kilsələrini də yeni Ukrayna Pravoslav Kilsəsinin varlığını tanımağa çağırıb.


Qeyd edək ki, Moskva patriarxlığı İstanbul patriarxı I Varfolemeyin qərarını və onun legitmliyini tanımaqdan imtina edib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND