Prezident Bakı Dövlət Universitetinə rektor təyin edib

11.03.2019 16:30
112
Prezident Bakı Dövlət Universitetinə rektor təyin edib

Azərbaycan Prezidenti İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.


Ekspress.az xəbər verir ki, E.Babayev bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışırdı.


Azərbaycan Prezidentinin digər Sərəncamı ilə E.Babayev Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.


Qeyd edək ki, E.Babayev 1965-ci ilin aprelin 4-də Naxçıvan şəhərində anadan olub. O, Elmin İnkişafı Fondu ilə yanaşı AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini olub və "ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsi şöbəsinə də rəhbərlik edib.


Elmi sahəsi astrofizika və radioastronomiyadır.


Image result for Elçin Babayev


Ekspress.az

  • SON XƏBƏR
  • TREND