• 25 °C Bakı
  • 22 °C Quba
  • 23 °C Gəncə
  • 22 °C Yevlax
  • 22 °C Naxçıvan

Venesuelada gərginlik artır

24.01.2019 10:29
110
Venesuelada gərginlik artır

Venesuelada ötən gündən başlayaraq parlamentin spiker Xuan Quaidonu prezident elan etməsindən sonra gərginlik yüksələn xətlə inkişaf edir.


 


Ekspress.az Modern.az-a istinadən xəbər verir ki, prezident Nikolas Maduro baş verənləri dövlət çevrilişi adlandırıb.



O, Quaidonu qanuni prezident elan edən ABŞ-la diplomatic münasibətləri kəsərək 48 saat ərzində diplomatların ölkəni tərk etməsini istəyib.


 


Lakin Karakasda yerləşən ABŞ səfirliyinin əməkdaşları Maduronu qanuni prezident saymadıqları üçün bu göstərişi icra etməyəcəklərini deyiblər.


 


Hazırda Venesuelada həbs olunan vətəndaşların sayı 175-ə çatıb. Ümumilikdə, ölənlərin sayının 18-ə çatdığı da xəbər verilir.

 


Qeyd edək ki, Cənubi və Şimali Amerika ölkələrindən yalnız Meksika Nikolas Maduronu prezident hesab edir. Braziliya, ABŞ, Kanada, Argentina və Kolumbiya kimi iri ölkələr isə Quaidonu qanuni prezident sayır. 


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND