Qazaxıstan paytaxtının adı yenidən dəyişdirilib

23.03.2019 11:58
74
Qazaxıstan paytaxtının adı yenidən dəyişdirilib

Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev ölkənin paytaxtı Astana şəhərinin Nur-Sultan adlandırılması barədə fərman imzalayıb.


Qazaxıstan Prezident Administrasiyasının Mətbuat xidmətinin məlumtına əsasən, bundan əvvəl dövlət başçısı konstitusiya dəyişikliyi barədə qanunu təsdiqləmişdi.


Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev martın 19-da xalqa müraciəti zamanı istefa verib (report). Qasım Comərt Tokayev isə martın 20-də paytaxtın adını Nazarbayevin şərəfinə dəyişdirməyi təklif edib və təklif parlamentdə iki oxunuşda qəbul olunub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND