Yumurta qabığının inanılmaz faydaları


07.06.2019 14:21
41
Yumurta qabığının inanılmaz faydaları

Az qala hər gün yumurta yeyirik. Qabığını isə heç düşünmədən zibil qabına atırıq. Lakin bu qidanın qabığını da istifadə etmək olar.


Ekspress.az yumurta qabığının faydalarını təqdim edir:

 Torpağı bəsləyir


Yumurtanın qabıqları tez çürüyür. Qabıqda olan minerallar və kalsium maddəsi torpağı münbitləşdirir.


Drenaj rolu oynayar


Bitkilərin diblərini qazıb həmin yerə yumurta qabığı töksəz, faydasını görərsiz. Bu, həm torpağın, həm də bitkinin hava almasına yardımçı olur.


Çürüməni əngəlləyir


Pomidor, badımcan və bibər kalsium azlığından, böyüdükcə çürüməyə meyilli olur. Bunun qarşısını almaq üçün həmin bitkilərin yanlarına yumurta qabığı basdırın. Yumurtada olan kalsium torpağı və birbaşa bitkini qidalandırır.


Soxulcanı qovur


 Bitkilərin yanında yumurta qabığı yerləşdirsəniz soxulcan və digər qurdlar həmin ərazidən uzaqlaşar.


Quş qidası


Quşlar yumurtada olan kalsiuma görə qabıqlarını yeməyi sevirlər. Ona görə də yumurta qabılarınızı bağçanıza atın. Çünki qusalar o zaman həm yumurta qabıqlarını yeyəcək həm də baxınızdakı zərərli böcəkləri.


Ph səviyyəsi


Torpaqdakı ph səviyyəsi son dərəcə vacibdir. Əgər torpaqda turşuluq artırsa, yumurta qabıqlarını əlavə edərək ph səviyyəsini nizamlaya bilərsiniz.

 

Gübrə


Yumurta qabıqları ən azı gübrə qədər yararlıdır. Torpağa atarkən yaxşıca parçalanmasına diqqət edin.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND